Depatrament rəisi həbs olundu, "Azərsu"dan açıqlama gəldi

img

30-10-2015 [14:58]


Bu gün mətbuatda Nərimanov rayonu Su Kanal Departamentinin rəisinin həbs edilməsi ilə bağlı məlumat yayılıb.

Criminal.az saytının yaydığı xəbərə görə, Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyev ötən gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcələsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə təqsirləndirilir.

Məsələyə münasibət bildirən Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı azvision-a açıqlamasında bildirib ki, hazırda Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Əhliman Mansurovdur, Anar Nəzərəliyev iki ildən çoxdur işdən çıxıb.

Anar Nəzərəliyevin 'Azərsu' ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu olması məsələsinə gəlincə, qurum rəsmisi bu barədə məlumatının olmadığını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA