Məişət zorakılığı sərhəd tanımır

img

30-10-2015 [11:46]



" Qadinlar Gələcək Uğrunda ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə " Polis və səhiyyə işçilərinin məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndirilməsi” adlı layihəni başa çatdırıb.

Layihənin məqsədi polis vəsəhiyyə işçilərinin məişət zorakılığı ilə mübarizə sahəsində profesionallığını artırmaq yolu ilə məişət zorakılığının profilaktikasanı gücləndirməkdir.

01.06.2015 cü il tarixindən başlayaraq layihə çərçivəsində Bakı,Yevlax, şəhərlərində, Salyan və Şamaxı, rayonlarında polis və səhiyyə işçiləri üçün maarifləndirmə təlimlərinin keçirilmişdir.

Təlimlərdə iştirakçılar məişət zorakılığının mahiyyəti, formaları, onun hüquqi, tibbi, sosial fəsadları, skrininq -məişət zorakılığı əlamətlərinin vaxtında aşkar edilməsi bacarıqlarının öyrədilməsi və məişət zorakılığının profilaktikasında skrininqin əhəmiyyəti, barədə məlumatlandılar. Eləcə də məişət zorakılığı qurbanları ilə dialoqun düzgün qurulması, onları zorakılıq hallarını etiraf etməyə, gizlətməməyə inandırmaq, müvafiq qurumlara yönəltmək, məişət zorakılığını qiymətləndirmək bacarığı müzakirə olundu. Zorakılığın formasının, təhlükə səviyyəsinin müəyyən edilməsi, zorakılq hallarının sənədləşdirilməsi, məişət zorakılığı ilə mübarizəyə aidiyyatı olan müvafiq dövlət qurumları, psixoloqlar, sosial işçilər və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qarşılıqlı fəaliyyətin qurulması məsələlərli ilə bağlı biliklər əldə etdilər. Qeyd etmək istərdim ki, Samaxı və Salyan rayonunda iştirakçılar xüsusi ilə də polis işçiləri tədbirdə çox fəal iştirak etdilər və onlarla söhbətdə məlum olurdu ki, çox məlumatlıdırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA