Lənkəranı su basdı, nəqliyyatın hərəkətində məhdudiyyət yarandı

img

30-10-2015 [11:33]


Ötən gecədən etibarən fasiləsiz yağan yağışlar Lənkəranda biir sıra fəsadlar yaradıb.

"Report"un məlumatına görə, aramsız yağışlar nəticəsində Lənkəranda bəzi evlər və yollar su altında qalıb. Lənkərançayda suyun səviyyəsi maksimum həddə çatıb və çay məcrasından çıxaraq çayqırağı yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub.

Rayonun Girdəniçay ve Boladiçay çaylarında da suyun səviyyəsi qalxıb və çayın ətrafında yerləşən kəndləri su basıb.Lənkəran şəhəri ərazisində su ötürücü kanallar daşaraq fərdi təsərrüfatlara dolub və nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Lənkəran-Lerik yolunda dağlardan üzüaşağı gələn yağıntı suları özü ilə lil və torpaq kütləsi gətirir ki, bu da yolun hərəkət isriqamətində problemlər yaradır.

43 saylı Lerik Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi səhər saatlarından başlayaraq ərazidə təmizləmə işləri aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA