Zakir Fərəcovun qovduğu müdirin yerinə təyinat - Mikayıl Cabbarov direktora vəzifə verdi

img

30-10-2015 [00:40]


Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Mia.az xəbər verir ki, şəhərdə yerləşən 4 saylı orta məktəbin direktoru Teymur Qırımxan oğlu Səmədov nazir Mikayıl Cabbarovun əmri ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri təyin edilib.

Məlumatı Xeberle.com-a yeni müdir təsdiqləyib. Bildirib ki, ayın 29-dan yeni vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin edildikdən sonra kemirdiyi ilk iclasda şəhər təhsil şöbəsinin müdiri, daha doğrusu, o səlahiyyətləri icra edən Vaqif Ələkbərovu kəskin danlayaraq, vəzifədən çıxarıldığını elan etmişdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA