Müdafiə Nazirliyi araşdırmaya başlayıb; Milyonluq villanın sahibi axtarılır - FOTO/VİDEO

img

29-10-2015 [19:51]


2 gün öncə saytımızda Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqovun ən yaxın adamlarından hesab olunan Koordinasiya İdarəsinin rəisi, polkovnik Elxan Məcidova məxsus olduğu iddia edilən və Şüvəlanda bir hektar ərazidə inşa edilən dəyəri milyonlarla ölçülən bağ evinin tikintisində hərbiçilərdən istifadə olunması barədə xəbər yayımlamışdıq.

Xəbər yayımlandıqdan sonra Müdafiə Nazirliyi həmin foto və video materialları istəməsi ilə həmin materialları nazirliyə təqdim etmişdik. Əldə etdiyimiz məlumata görə, sözü gedən məsələ ilə bağlı nazirlik araşdırmaya başlayıb.

Qeyd edək ki, mənbənin  göndərdiyi fotolarda və videoda bağ evində işləyənlərin hamısı hərbi geyimdə olduqları və söhbət əsnasında hansı hərbi hissədə xidmət keçdikləri, nə qədər xidmət etdikləri deyirlər.

Həmin foto və video materialları sizlərə təqdim edirik:










moderator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA