29-10-2015 [17:59]
Bir müddət əvvəl məlumat verildiyi kimi, 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi,İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılmış "Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqini aparır.
Mia.az xəbər verir ki, Koalisiya oktyabrın 29-da monitorinqin nəticələrinə dair aralıq hesabat yayıb. Aralıq hesabatda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli Sərəncamından sonra 118 dairədə seçkilərin təşkili, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkilərdə iştirak, müşahidəçilərin qeydiyyatı, namizədlər və siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçkiqabağı təşviqat, KİV-ə çıxış imkanları, habelə rəsmi seçki orqanlarının fəaliyyətiilə bağlı məsələlər yer alıb.
Hesabatda qeyd olunur ki, monitorinq aparılmış bütün dairəvə məntəqə seçki komissiyalarının işi qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil edilib.Səsvermə məntəqələri əhaliyə yaxın binalarda yerləşdirilmiş və hazır vəziyyətə gətirilmişdir. Seçici siyahıları təkmilləşdirilibvə MSK-nın internet səhifəsində yerləşdirilib. Təqdirəlayiq haldır ki, internet səhifəsində namizədlər barədə məlumatlar, MSK-nın qərarları, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar dayerləşdirilib.Koalisiya hesab edir ki, bütün bunlar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə münbit şərait yaradıb.
Hesabatda göstərilir ki. namizədlərin qeydə alınması prosesi müvafiq qanunvericiliyə və təkmil praktikaya uyğun şəkildə aparılmış,namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntuları baş verməmişdir. İmza toplanması və onların dairə seçki komissiyalarında yoxlanılması zamanı meydana çıxan narazılıqlar aradan qaldırılmış, imza vərəqələrində çatışmazlıqlar səbəbindən qeydə alınmayan namizədlərə lazımi izahatlar verilmişdir. Eyni zamanda namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə dairə seçki komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edildikcə bütün namizədlər haqqında məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilmiş və vaxtaşırı yenilənib.
Koalisiya namizədlərin seçicilərlə görüşlərin səmərəli təşkili məqsədilə seçki dairələrinin ərazisində 128 açıq və 128 qapalı yer ayrılmasını müsbət hal hesab edir. Bildirilir ki, namizədlərin bu imkandan bərabər şəkildə istifadə etməsi təmin edilir, bu istiqamətdə heç bir məhdudiyyət və pozuntular qeydə alınmamışdır.
Monitorinq zamanı seçki komissiyaları tərəfindən müraciətlərə baxılması məsələsinə xüsusi diqqət ayrılmışdır. Hesabatda bildirilir ki, monitorinq göstərib ki, bu məsələ ilə bağlı həm hüquqi, həm də praktiki sahədə xeyli irəliləyiş əldə edilib. Belə ki, şikayətlərə baxılması prosesiərizəçilər, müşahidəçilər və digər seçki subyektləri üçün açıq aparılır,vətəndaşların öz müraciətlərinə baxılması prosesini MSK-nın internet səhifəsindəki müvafiq bölmədən izləmək imkanı var.
Hesabatda seçkilərin müşahidəsi ilə bağlı qeyd edilir ki, ki, MSK tərəfindən müşahidəçilərə, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçki prosesini əvvəldən axıradək sərbəst izləmək üçün əlverişli şərait yaradılıb. Bütün seçki subyektləri, eləcə də müşahidəçilər üçün Azərbaycan, ingilis və rus dillərində müxtəlif maarifləndirmə materialları - "Seçki günü üçün yaddaş”, "Müşahidəçilər üçün yaddaş” kitabçaları və s. hazırlanıb və paylanılıb, həmçinin MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Səsvermə günü "exit-poll” keçirtmək üçün müraciət etmiş vətəndaş cəmiyyəti qurumları MSK-da qeydiyyatdan keçiblər.
Koalisiya hesab edir ki, 1000 məntəqədə veb kameraların quraşdırılması, ayrı-ayrı namizədlərin və seçkiyə qatılan siyasi partiyaların nümayəndələri də nəzərə alınarsa, seçkilərin müşahidəsinin və seçkilərə ictimai nəzarətin yetərincə təmin olunduğunu söyləmək olar.
Hesabatda qeyd olunur ki, seçkilərdə125 deputat mandatı uğrunda 767nəfərinmübarizə aparması, yəni1 yer uğrunda 6 namizədin yarışması,16 siyasi partiya və bir seçki blokunun seçki kampaniyasında iştirakı sağlam rəqabət mühitinin təmin edildiyini və ölkədə siyasi plüralizmin səviyyəsinin yüksək olduğunu nümayiş etdirir.
Hesabatda qadınların bu seçkilərdə daha fəal olduğu xüsusi vurğulanır. Bildirilir ki, qeydə alınan namizədlərdən 170 nəfərdən çoxu qadındır. Elə seçki dairələri vardır ki, həmin dairələrdə qadın namizədlərin sayı 3-dən, yəni namizədlərin 50 faizindən çoxunu qadınlar təşkil edir.
Hesabatın yekununda koalisiya bildirir ki, namizədlərin irəli sürülməsi, imza toplanması, qeydiyyatı və seçkiqabağı təşviqat mərhələlərində rəsmi seçki qurumları və icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların seçki hüquqları ilə bağlı qanunsuz məhdudiyyətlərə və pozuntulara yol verilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədliyini irəli sürmək istəyən Azərbaycan Respublikasının vətəndaşları passiv seçki hüququndan sərbəst istifadə edə bilmişlər. Keçirilən rəy sorğuları zamanı respondentlərin əksəriyyəti bildirib ki, seçki prosesi ümumilikdə demokratik mühitdə cərəyan edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi