Rabitə Nazirliyinə giriş-çıxış yasaqlanıb - Müəmmalı vəziyyət

img

29-10-2015 [17:46]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yoxlama aparılır və nazirliyin binasına giriş-çıxış yasaqlanıb.

AzNews.az-a daxil olan məlumata görə, bir neçə gündür nazirlikdəki "təmizləmə” işləri ilə yanaşı yoxlamalar da aparılırmış.

11 ildir nazir işləyən Əli Abbasovun "vurulması” da Dövlət Xüsusi Mühafizə Xidmətinin nəzarətiylə aparılan yoxlamalar zamanı aşkarlanan dəhşətli faktlarla bağlı olub. Məlum olub ki, "MTN cinayətləri”nin bir çoxu bu nazirliyin hesabına həyata keçirilirmiş.

Elə buna görə də Əli Abbasov içdən çıxarılmamışdan öncə - iki gün əvvəl nazirliyin aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən azad olunaraq həbs edilib. Həmçinin nazirliyin tabeçiliyində olan BTRİB-in rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq, dəmir barmaqlıqlar arasına salınıb.

Məlumata görə, hər iki yüksək vəzifəli şəxsin Eldar Mahmudov bandasının üzvü olduğu aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA