“Azercell Telekom” növbəti marafon qaçışını təşkil edib

img

29-10-2015 [17:46]


"Azercell Telekom” tərəfindən təşkil olunan sağlam həyat tərzini təbliğ edən növbəti marafon qaçışını Adil Məmmədli və Rüfət Nəcəfov həyata keçiriblər.

Şirkətdən Mia.az-a bildirilib ki, gənclər bu dəfə Sahil qəsəbəsindən (Qaradağ) Astaraya kimi qaçış edərək siqaretə "yox” deyiblər. İkinci dəfə həyata keçirilən "Siqaretsiz həyat daha gözəldir” təşəbbüsünə qoşulan gənclər yol boyu Sahil qəsəbəsində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astarada yerləşən "Azercell Ekspres” ofislərinə də baş çəkiblər. Onlar bu təşəbbüslə gəncləri hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA