29-10-2015 [16:05]
Bir müddət öncə prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun daha bir dəbdəbəli villası aşkarlanıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə gün öncəki fotoları yayımlanan villadan fərqli cəhəti isə bura silsilə nəhəng evlərin yerləşməsidir. Bu evlər Nardaranda, dənizə yaxın ərazidə yerləşir. "Qafqazinfo”nun əməkdaşları bu gün ərazidə olub və kənd sakinləri ilə də bu barədə söhbət edib. Sakinlər bildirib ki, sabiq nazir bu evində tez-tez gəlmir.
Eldar Mahmudov bir neçə hektarı əhatə edən ərazidə digər qohumları üçün də villa tikdirib. Eyni həyətdə yerləşən bir neçə evlərdən yolun kənarında olan ən böyüyü isə keçmiş baş çekistin özünə məxsusdur. Bu bina xarici görünüşünə görə villanı yox, daha çox zavod binasını xatırladır. Bununla bağlı fikrimizə isə kənd sakini belə cavab verdi: "Sən onun içinə girsən, villanın nə demək olduğunu görərsən. Mən uzun müddət onun evində işləmişəm. Sonradan çıxartdılar”.

Kənd sakinləri dedilər ki, keçmiş nazirin öz villasında hazırda yalnız işçiləri, digər binalarda isə qohumları yaşayır. Biz orda olduğumuz vaxt Eldar Mahmudovun silsilə villaların darvazası önündə bir neçə maşın dayanmışdı. Onlardan biri isə hüquqi şəxslərə malik dövlət nömrə nişanlı idi. Mahmudovun villalar şəhərciyi təxminən 3 metr hündürlüyündə hasarla əhatələnib, divar boyu isə hər tərəfi "görə bilən” xüsusi kameralar quraşdırılıb.
Sakinlərin sözlərinə görə, Mahmudov bundan başqa da yolun digər hissəsində yenicə tikdirdiyi villası var. O villa bu kompleksdən ayrıdır. Hazırda Eldar Mahmudovun öz evinə Cəbi adlı mühafizəçisi nəzarət edir.
Murad Əhməd







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi