Əli Abbasovun işdən çıxarılma xəbəri yayıldı, Müşavirdən açıqlama

img

29-10-2015 [15:46]


Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb. 

Mia.az xəbər verir ki, bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, sərəncam yaxın saatlarda elan ediləcək. Ə.Abbasovun "MTN işi" ilə bağlı işdən çıxarıldığı barədə ehtimal var. İndiyə qədər nazirliyin 3 işçisi işdən çıxarılaraq həbs edilib.

Məlumatı dəqiqləşdirmək üçün nazirin müşaviri Müşfiq Əmirovla əlaqə saxladıq. Mia.az-a açıqlama verən M.Əmirov hazırda işə çıxmadığını bildirib: "Amma 20 dəqiqə bundan əvvəl nazirin köməkçisi ilə danışdım. O bildirdi ki, Əli müəllim kabinetindədir". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA