Bakıda bu yol bağlanır - Sürücülərin nəzərinə

img

29-10-2015 [15:34]


Bəzi yolların asfalt örtüyündə dəyişiklik olunacaq.

NİİM-dən verilən məlumata görə, 2016-cı ildə Bakıda baş tutacaq "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, bəzi yolların asfalt örtüyündə dəyişiklik olunmasına ehtiyac var. Bu məqsədlə paytaxtın Xaqani küçəsindən Puşkin küçəsi ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət bağlı olacaq.

"Formula 1" yarışları ilə bağlı dəyişiklik ediləcək yollar, təmirə bağlanacaq növbəti küçə və ya prospektlər haqda bir neçə gün öncədən ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA