Ramil Usubov əmr verdi; Polis səfərbər oldu

img

29-10-2015 [13:00]


Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA