Gələn ildən müəllimlərin əməkhaqqı 40 faiz artacaq - Nazir

img

29-10-2015 [11:48]


"Azərbaycanda artıq 20 faiz müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib”. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycanın 3 böyük şəhəri və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirmənin keçirilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir: "Əgər işlər qaydasında getsə, 2016-cı ilin yanvar ayından etibarən təxminən 40 faiz müəllimin əmək haqlarının artırılması planlaşdırılır”.
Təhsil naziri əlavə edib ki, bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunan 188 nəfər tələbə 500-dən çox bal toplayıb: "Qeyd edim ki, əvvəl 19 nəfər 500-dən çox bal toplamışdı. Habelə, işə qəbulla bağlı əvvəlki illərdə 17 min nəfər müraciət etmişdisə, bu il işə qəbulla bağlı 24 min nəfər müraciət edib. Bu isə 2 ilə müəllimlik peşəsinə marağın 41 faiz artdığını göstərir”(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA