28-10-2015 [17:37]
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.
"Qafqazinfo” xəbər verir ki, 52 saylı dairədən namizədliyi qeydə alınmış Sahib Qəzənfəroğlu həmin seçki dairəsindən digər namizədlərin təşviqat kampaniyasını pozması və ona namizədliyinin geri götürülməsi üçün təzyiq edilməsi barədə müraciət edib. MSK araşdırma qrupu məsələnin dairəyə göndərilməsi barədə qərar qəbul edib.
71 saylı dairədən Müsavat Partiyasının qeydə alınmış namizədi Xasay Ferzulla seçkiqabağı təşviqat hüququnun pozulması ilə bağlı MSK-ya müraciət edib. O müraciətində qeyd edib ki, Hürən kəndində seçicilər ilə görüşdən sonra kəndlilərlə söhbət edərkən kənd icra nümayəndələri ona müdaxilə edib. MSK-nın İşçi Qrupu araşdırma apararkən aşkar edib ki, Dairə Seçki Komissiyası Seçki Məcəlləsindəki müvafiq tələbi pozub. Qərara alınıb ki, şikayət qismən təmin edilməli, baxılması üçün təkrar DSK-ya göndərilməlidir.
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyi qeydə alınmış Vidadi İsgəndərli dairədə seçkiqabağı təşviqatın imkanlarının real olmaması və həmin seçki dairəsində seçkilərin təxirə salınması üçün MSK-ya müraciət edib. O qeyd edib ki, dairənin bir hissəsində yerlər ayrılmamış, onlara seçicilərlə görüşə imkan verilməyib. MSK qərara alıb ki, dairə üzrə kifayət qədər görüş yerləri ayrılıb. Namizəd ayrılmış yerlərdə görüşlərini keçirə bilər. MSK şikayətini qəbul etməyib.
Vidadi İsgəndərli iddialara cavab verərək deyib ki, onu heç kəs araşdırma prosesinə dəvət etməyib: "Dairə Seçki Komissiyasının sədri mənə görüşdə dedi ki, MSK göstəriş verib ki, mənlə seçicilərlə görüşə imkan verilməsin. Başçı mənə dedi ki, tapşırıq verilib ki, Elman Nəsirov dairədən deputat seçilməlidir. İcra başçısı sərəncam verib ki, görüşü iki yerdə keçirmək olar. 38 məntəqədə Elman Nəsirov yalnız görüş keçirib. Mənə Ağdaşın 30 kəndinə getməyə icazə vermirlər. İcra başçısı, polis yenə də məni həbs etməklə hədələyir”.
YAP məşvərətçi səs hüquqlu üzvü Bəhruz Quliyev Vidadi İsgəndərlinin fikirlərinə belə reaksiya verib: "Xahiş edirəm ki, şikayətçilər öz çıxışlarında dövlətin məmurları barədə təhqiredici ifadələr işlətməsin”.
V. İsgəndərli isə o məmurların rüşvət və korrupsiyaya bulaşdığını sübut edəcəyini ifadə edib: "Narahat olmayın, 50 nəfər artıq həbs edilib”.
MSK sədrinin isə Bəhruz Quliyevə reaksiyası marağa səbəb olub: "Otur yerində, səni çıxardaram çölə”.
***
MSK sədrinin müavini Natiq Əliyev sözügedən videogörüntünü izlədiyini qeyd edib: "Çəkiliş keyfiyyətli deyil. Bu görüntü kimlə kimin danışması effektini yaratmır. Sadəcə bir məqamda DSK sədrinin üzü görünür. İndiki halda isə, texnologiyalarla səsi istənilən formaya salmaq mümkündür”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi