MTN-də daha bir general işdən çıxarıldı

img

28-10-2015 [16:39]


Milli Təhlükəsizlik Nazirliyində sabiq nazir Eldar Mahmudov və onun bir sıra "silahdaş"larının vəzifələrindən kənarlaşdırılması ilə başlamış islahatlar davam edir.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov işdən azad edilib və sərəncama götürülüb.

Nizami Şirinov sabiq nazir Eldar Mahmudovun ən "etibarlı" kadrlarından biri sayılırdı və o, məhz E.Mahmudovun təqdimatı ilə 2007-ci ilin martın 27-də vəzifəyə təyin olunmuşdu.

Yeni vəzifəsində ilk iş günündə o, MTN-nin 69 nəfər təcrübəli əməkdaşını vəzifələrindən kənarlaşdırmışdı.
N.Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi vurğulanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA