28-10-2015 [12:43]
"Siyasətdə heç nə təsadüfən baş vemir. Əgər nəsə baş veribsə, deməli belə nəzərdə tutulub”. ABŞ-ın 32-ci prezidenti Franklin Delano Ruzveltin reallıqla uzlaşan, hansısa yüksək vəzifəli "vurulmuş” məmur üçün isə sentimental, kədərli sayıla biləcək bu ifadəsi siyasi arenada həmişə aktuallığını qoruyub saxlayacaq.
Ruzveltin siyasət üçün yerinə düşən bu frazası mürəkkəb prosesləri, hakimiyyətdaxili qruplaşmaların maraqlarından doğan mübarizənin kəskinliyini, onların mürəkkəbliyini necə də sadə dillə ifadə edir!
Mürəkkəb bir konfiqurasiyanın iki cümlə ilə təntənəli, bir az da obrazlı sayıla biləcək ifadəsi dövrümüzün, hətta bundan sonrakı yüzillərin siyasi mənzərəsi üçün daim gündəm hesab olunacaq. Bu aktuallığın təsir dairəsi təbii ki, dünyanın bir parçası olan Azərbaycandan da yan keçmir.
Bir zamanlar karyerasının zirvəsində olanların o pik nöqtədən üzüşağı birdən-birə ya da tədricən "yuvarlanması” bəzi vətəndaşlar üçün gözlənilməz, media üçün əvəzedilməz dominant mövzu rolunu oynayır.
Aşağılardan zirvələrə gedən məşəqqətli və ya ağrılı yol, daha sonra karyera qazanmaq üçün qət edilmiş yolu geri qayıtmaq necə də kədərlidir?
Amma böyük səlahiyyətlərindən təyinatı üzrə istifadə etməməklə uğursuzluqlarının bünövrəsini qazan məmurlar özləri bu kədərin banisi olub. Öz işləri ilə özlərini "uçurumdan” atılmağa vadar edənlər…
Bu yazıda əsas diqqəti son 10 ildə vəzifəsi ilə vidalaşan nazirlər (artıq eks-nazir) üzərində fokuslaşdıracağıq.
Vaxtilə onlar karyeralarının bəxş etdiyi həzzdən necə də ləzzət alırdılar…
Modern.azsaytı son 10 ildə "vurulan” nazirlərin siyahısını təqdim edir.
1994-cü ildə ildəNamiq Abbasovölkənin mühüm strateji orqanı, kəşfiyyat materiallarının toplandığı, çoxlu sayda məxfi sənədlərin saxlandığı Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etməyə başlayıb. 1995-ci ilin qanlı mart ayından etibarən birbaşa MTN şefi vəzifəsinin icrasına başlayıb. O, bu postda 2004-cü ilə qədər qalıb.
Bəs Namiq Abbasov tutduğu yüksək vəzifədən niyə azad edilmişdi? O vaxtın bəzi mətbuat orqanları iddia edib ki, MTN-nin sabiq şefi guya, həyata keçirdiyi kadr islahatlarının effektivsizliyi ilə diqqət mərkəzində olub.
Bütün bunların doğru, ya da yalan olması haqqında dəqiq mühakimə yürüdə bilmərik, Bütün həqiqətləri Namiq Abbasov özü, bir də hakimiyyət mətbəxinin aparıcı qüvvələri bilirlər.
Qeyd edək ki, Namiq Abbasov belə böyük strateji vəzifədən sonra Azərbaycanın Özbəkistandakı səfiri təyin olundu. O, 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistandakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb.
2005-ci ilin parlament seçkiləri ərəfəsində Azərbaycan siyasi elitasındakı tandem ölkənin başı üzərinə qara buludları gətirdi… Hadisələrin episentrində dayanan başlıca fiqurlardan biri eks-spiker Rəsul Quliyev idi. Bu barədə aşağıda qeyd edəcəyik…
O dövrün səhiyyə naziriƏli İnsanovvə iqtisadi inkişaf naziriFərhad Əliyevinhəbsi cəmiyyətdə əsl şok effekti yaratdı.
Əli İnsanov2005-ci ilin oktaybr ayında hakimiyyəti zorla ələ keçirməkdə şübhəli bilinərək həbs edilib. Lakin sonradan bu ağır ittiham iqtisadi cinayətlərlə əvəz olunub.
O, 2007-ci ilin aprelində Ağır Cinayətlərə Dair Məhkəmənin hokmü ilə rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.
Bu, vaxtı ilə mərhum keçmiş prezident Heydər Əliyev kimi böyük bir siyasətçinin şəxsi həkimi olan Əli İnsanov üçün həm də taleyin amansız hökmü idi... Üstəgəl, ona verilən bütün akademik titulların, fəxri adların əlindən alınması bir zamanların səhiyyə bossu üçün ikiqat, üçqat zərbə oldu...
Əli İnsanov nazir olarkən Azərbaycanın səhiyyə sistemi aramsız şəkildə tənqid yağışına məruz qalıb.
Onunla eyni taleyi yaşayanFərhad Əliyevdə 2005-ci ildə xidməti kabinetindəcə qandallanıb. Fərhad Əliyevlə Əli İnsanovun cinayət ittihamı üzrə eyni taleyi bölüşürdülər. O da, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib, lakin sonralar dövlət əmlakını mənimsəməkdə təqsirli bilindi.
2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi. Lakin keçmiş həmkarı Əli İnsanovdan fərqli olaraq o, 2013-cü ilin oktyabr ayında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı.
Son məlumatlara görə Fərhad Əliyev Almaniyada siyasi sığınacaq alıb, bununla yanaşı o, Türkiyədə biznes və yarı-siyasi fəaliyyətlə məşğuldur.
Bəzi iddialara görə, sabiq nazir Türkiyənin baş naziri Əhməd Davudoğlunun iqtisadi məsələlər üzrə qeyri-rəsmi müşaviridir.
Gələk, 2005-ci il ci ildə siyasi atmosferdə baş qaldıran dumanların içərisində mərkəzi fiquranta çevrilənRəsul Quliyevamilinə...
1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri işləmişFikrət Yusifov2005-ci ildə hüquq-mühafizə orqanlarına ifadə verdi ki, Əli İnsanov, Fərhad Əliyev və "Azərkimya” istehsalat şirkətinin sabiq prezidenti Fikrət Sadıqov eks-spiker Rəsul Quliyevlə əlbir olaraq Azərbaycanda hakimiyyət çevrilişi etmək istəyiblər.
Ancaq Fikrət Yusifov hardan biləydi ki, bu addımı ilə siyasi reputasiyası zədələnəcək, onu cəmiyyətin hiddətli baxışlarının, böyük bir ictimai qınağın hədəfinə gətirəcək.
Həm də bu ifadələr elə onun özünü də dəmir barmaqlıqlar arasına salacaq… Həmin il onu da adları çəkilən şəxslərlə birgə həbs etdilər, lakin 2 ildən çox həbsdə saxladıqdan sonra o, azadlığa çıxdı.
Azərbaycanda "vurulan” nazirlərdən biri dəƏvəz Ələkbərovhesab oluna bilər. 1999-cu ildə sələfi Fikrət Yusifovun yerinə təyinat alan Əvəz Ələkbərov 2006-cı ilə qədər maliyyə naziri postunda çalışdı.
Əvəz Ələkbərov müsahibələrinin birində hakimiyyətdaxili qruplaşmaların qurbanı olaraq vəzifədən kənarlaşdırılmasına belə eyham vurub:
"Mənim vəzifədən çıxarılmağımda müəyyən insanların rolu oldu. Amma mən onlar haqqında heç bir açıqlama vermək istəmirəm. O adamlar cənab prezidentlə mənim arama girdilər. Mən bunu vəzifədən ayrılmamış hiss etmişdim. Vəzifədən çıxmağımı isə televiziyadan eşitdim. Azərbaycan hökümətinin gördüyü işləri, iqtisadi inkişafın səmərəliliyi, maliyyə bazarının inkişafı, xarici investisiyanın Azərbaycana gətirilməsi məsələsi, makroiqtisadi mühitin qorunması məsələsini və digər problemləri xarici mütəxəssislərlə müzakirə edərkən, mən televiziyada eşitdim ki, vəzifədən çıxarılmışam”.
2006-cı ildə vəzifəsi ilə vidalaşanlardan biri də əmək və əhalinin sosial müdafiəsi naziriƏli Nağıyevidi. O, bu vəzifəyə 1996-cı ildə təyin olunmuşdu.
10 illik nazir fəaliyyətindən sonra Əli Nağıyevi yeni bir vəzifə gözləyirdi. Amma nazir postundan bu vəzifəyə düşmək hardasa Əli Nağıyevin üçün xoş bir təəssürat bağışlamazdı.Sabiq nazir 2006-2011-ci illərdə Azərbaycanın Belarusdakı səfiri olub.
Məlumat üçün bildirək ki, bəzi versiyalara görə, Əli Nağıyev 2005-ci il ssenarilərində rol oynamağa çalışan şəxslərdən biri olub. Yəni, o da Əli İnsanov və Fərhad Əliyevlə birgə guya, hakimiyyət çevrilişinə imza atmaq niyyətində olub... Lakin onun haqqındakı bu iddialar öz təsdiqini tapmayıb...
Təhsil sistemini vaxtaşırı təndiq hədəfinə gətirənMisir Mərdanovunda adını "vurulanlar” siyahısına əlavə etmək olar. 1998-ci ildən 2013-cü ilin aprelinə kimi təhsil naziri olan Misir Mərdanov ən çox tənqid edilən hökumət üzvlərindən biri olub. Onun dövründə təhsildə uğurlu islahatların aparılmaması, müəllimlərin rüşvətxorluğu, təhsil sferasındakı korrupsiya aparatının işlək mexanizmi çoxunun yadından çıxmayıb.
Misir Mərdanov özü də açıqlamalarında bu problemləri dəfələrlə qabartmaqla etiraflar edib. Mətbuata hazırda elə də açıq olmayan Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
Milli Ordudakı "dedovşina”, korrupsiya, özbaşınalıqSəfər Əbiyevəqarşı güclü arqumentlərin ortaya çıxmasına imkan verirdi. 1995-c ildən 2013-cü ilin oktyabr ayına kimi Müdafiə Nazirliyinə rəhbərlik edən general Səfər Əbiyev ordudakı problemlər, əsasən də əsgər ölümlərinə görə böyük ictimai qınaq obyektinə çevrilmişdi.
İllərdən bəri ona qarşı həm mətbuatın, həm də cəmiyyətin hücumları nəhayət ki, öz nəticəsini verdi.
Prezident İlham Əliyev 2013-cü ilin 22 oktaybrda imzaladığı sərəncamla Səfər Əbiyevi vəzifəsindən azad etdi.
Elə eyni gündə əmək və əhalinin müdafiəsi naziriFüzuli Ələkbərovda oturduğu kresloya əlvida deməli oldu. Ölkə başçısının digər sərəncamı ilə Füzuli Ələkbərov vəzifəsindən uzaqlaşdırıldı.
2013-cü ilin yanvar ayında İsmayıllıda əhalinin kütləvi etirazına səbəb olan hadisələrdən sonra Füzuli Ələkbərovun karyerasının qara günləri başladı. Özü də Füzuli Ələkbərov oğlu Vüqar Ələkbərovun güdazına getdi desək, yanılmarıq. Belə ki, Vüqar Ələkbərovun İsmayıllıda camaatı təhqir etməsi çox pis qarşılanmışdı. Məhz bundan sonra Füzuli Ələkbərov üçün çox problemi günlər oldu və nəticədə o, vəzifəsindən getdi.
Prezident İlham Əliyevin vəzifədən kənarlaşdırdığı şəxslərdən biri də sabiq rabitə naziriNadir Əhmədovolub. Nadir Əhmədov 1997-ci ildən 2004-cü ilədək hökumətdə rabitə naziri postunda əyləşib.
Ölkə başçısının son günlər imzaladığı sərəncam isə Azərbaycan ictimaiyyəti və mediası üçün əsl mövzu oldu.Eldar Mahmudovunmilli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi bir neçə gündür ki, ölkə mətbuatının əsas gündəm mövzusuna çevrilib.
Bəzi məlumatlara görə Eldar Mahmudov fəaliyyətində verdiyi ciddi nöqsanlara görə vəzifəsindən çıxarılıb. Belə iddialar da səslənir ki, Eldar Mahmudov MTN kimi mühüm strateji obyektin nüfuzunu aşağı salıb.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun açıqlaması da məhz bu qəbildəndir. Deputat statuslu bir şəxsin Eldar Mahmudovun fəaliyyəti barədə dilindən çıxan frazalardan bəzi fraqmanetləri təqdim edirik:
"Nəzərə almalıyıq ki, bu struktur xəfiyyə orqanıdır. Kəşfiyyat sistemi isə peşəkarları tələb edir. Bu o deməkdir ki, regional miqyasda milli mənafeyimiz əleyhinə istənilən riskləri - terror planlarını, mütəşəkkil iqtisadi cinayətkarlıq cəhdlərini, hətta hərbi xarakterli məsələləri də fəaliyyətinin başlıca hədəfində saxlamalı olan orqan sanki narkotiklərə qarşı mübarizə strukturu səviyyəsinə enmişdi.
Daha geniş miqyaslı işləri buraxıb lokal səviyyəli və daxildə digər qurumlarla paralel çalışmağa cəhd eləmək dövləti beynəlxalq maraqları uğrunda mübarizədə xeyli zəif salırdı. Gəlin razılaşaq ki, Azərbaycanın təhlükəsilik orqanı iqtisadi inkişafımızın başlıca qoruyucusuna və maraqlarımızın irəliləməsinə demək olar ki, əsaslı yardım edə bilmirdi...”.
Parlament üzvünün səsləndirdiyi bu kimi bəyanatların nə dərəcədə doğru olub-olmamasını mühakimə etməyəcəyik. Amma hakimiyyət çevrələrinə yaxın bir fiqurun belə bir açıqlamasını hər halda ciddi mətləblərin olduğuna işarə kimi dəyərləndirmək məntiqli olardı.
Qeyd edək ki, Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuşdu.
Nazirlər Kabinetinin hazırda ən çox tənqid olunan üzvlərindən biri də nəqliyyat naziriZiya Məmmədovdur. Onun kurasiyasında olan sahələrdə çalışan əməkdaşların taksi sürücülərinə qarşı kobudluğu, "nəqliyyat qoçuları”nın yollarda at oynatması heç kimin xatirindən silinməz.
Bundan əlavə Nəqliyyat Nazirliyi ən çox korrupsiyaya bulaşmış qurum kimi xarakterizə edilir. Bütün bunlar Ziya Məmmədovun media cameəsindəki mənfi obrazı ilə müşyiət olunur.
Lakin artıq Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin əlindən alınması və mətbuatda Ziya Məmmədov haqqında artan xətlə davam edən kəskin yazılar onun karyerası üçün müsbət proqnoz səsləndirməyə imkan vermir. Ziya Məmmədovun da yaxın zamanlarda vəzifəsindən yola salınacağı gözlənilir...
Hakimiyyətin mərkəzi icra hakimiyyəti orqanlarına - nazirliklərə, dövlət komitələrinə və digər strukturlara rəhbərlik edən məmurlar bəzən pensiya yaşına, bəzən isə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifələrindən azad edilirlər.
Modern.az saytıbundan əvvəl təqdim etdiyi yazıda son 10 ildə Azərbaycanda "vurulan” nazirlərdən bəhs etmişdi.
Bu dəfə isə Azərbaycanda vəzifədən çıxarılan digər yüksək ranqlı eks-məmurların siyahısını təqdim edirik.
2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyada yaranan "Milyarderlər ittifaqı” ilə Azərbaycanda təsir imkanlarını genişlətmək istəyənAbbas Abbasovhələ AXC hakimiyyəti dövründən yüksək vəzifədə çalışıb.
O, hələ 1992-ci ildən baş nazirin birinci müavini postunu tutub. 1993-cü ilin iyun qiyamı nəticəsində Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra da tale Abbas Abbasovun üzünə gülüb və o, yeni iqtidar komandasında da öz əvvəlki vəzifəsində qalmağı bacarıb. Abbas Abbasov 2006-cı ilə kimi baş nazirin birinci müavini işləyib. 2006-cı ildə o, vəzifəsindən istefa verib. A.Abbasov hazırda Rusiyada yaşayır.
Prezident İlham Əliyevin 2005-ci ilin oktyabrın 18-də verdiyi sərəncamla iqtisadi inkişaf naziri təyin olunmuşHeydər Babayev vəzifədə uzun müddət qala bilmədi. Cənab Babayev 2008-ci il oktyabrın 30-da iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu. Hazırda onun gah xaricdə, gah da Azərbaycanda olduğu bildirilir.
Sabiq nazirin harda olmasından asılı olmayaraq biznes fəaliyyəti ilə məşğul olması sirr deyil. İddialara görə, Heydər Babayev korrupsiya faktlarına görə işindən azad edilib.
Bundan başqa, belə bir iddia da səslənir ki, Heydər Babayev hakimiyyətdaxili çəkişmələrin qurbanına çevrilib.
Azərbaycanın sabiq xarici işlər naziri, 1999-2004-cü illərdə nazir postunu tutmuşVilayət Quliyevidə "vurulan məmurlar” siyahısna əlavə etmək olar. Amma bir çox eks-məmurlardan fərqli olaraq V.Quliyev nazir postundan azad ediləndən sonra ona başqa bir görəv həvalə olundu, səfir göndərildi.
V.Quliyev əvvəlcə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004-2010) işlədi,2010-cu ildən indiyədək isə onra AzərbaycanınMacarıstandakı diplomatik missiyasına rəhbərlik edir.
2001-ci ildə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı vəRafiq Əliyevonun rəhbəri təyin olundu. Rafiq Əliyev 2006-cı ilin iyun ayında tutduğu vəzifədən azad edilib. O, hazırda "İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru və "İrşad” otelin sahibidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin başqa bir eks-sədriHidayət Orucovisə 2006-2012-ci illərdə bu orqana rəhbərlik edib. Hidayət Orucov vəzifədən çıxarılandan sonra işsiz saxlanılmadı və ona səfir postu həvalə olundu. O, hazırda Azərbaycanın Qırğızıstandakı səfiridir.
Ümumiyyətlə, Dini Komitə intensiv rəhbər dəyişikliyi ilə yadda qalan qurumlardandır.
Hidayət Orucovdan sonra bu quruma rəhbər gətirilənElşad İsgəndərov2012-ci ilin may ayında vəzifəyə təyinat aldı. Lakin o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədro postunda çox qala bilmədi.
Türkiyədə 2013-cü ilin dekabr ayında başlanan böyük rüşvət və korrupsiya əməliyyatları Elşad İsgəndərovun karyerasında neqativ rol oynadı.
Belə ki, bu əməliyyatların başında nurçu camaatının ABŞ-da yaşayan lideri Fətullah Gülənə məxsus "paralel yapılanma”nın dayandığı iddia edilirdi. Bu iddialardan Azərbaycana da pay düşdü. Türkiyədəki proseslərdən sonra Azərbaycanda Elşad İsgəndərov və digər yüksək vəzifəlilərin adı Fətullah Gülənlə əlaqələrdə hallanırdı.
Bütün bu iddialardan sonra prezident İlham Əliyevin 2014-cü ilin may ayında imzaladığı sərəncamla Elşad İsgəndərov vəzifəsindən azad edildi.
O, işi ilə vidalaşandan sonra Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilib.
2013-cü ilin oktyabrında ölkədə keçirilən növbəti prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev bir neçə nazirlə yanaşı, Xəzər Dəniz Gəmiçiliyinin rəisiAydın Bəşirovu da tutduğu vəzifədən azad etdi. Aydın Bəşirovunadı bir çox korrupsiya maxinasiyalarında hallanırdı.
Vəzifəsini itirənlərdən biri də Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiralŞahin Sultanovoldu. O, 2014-cü ilin mart ayında prezidentin sərəmcamı ilə işdən çıxarılıb.
Şahin Sultanov bir müddət dəmir barmaqlıqlar arasında da qaldı. Respublika Hərbi Prokurorluğunun o zaman yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib.
Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər arasında Şahin Sulatovun da adı keçirdi. Sabiq komandan barəsində 2014-cü ilin aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Şahin Sultanov Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və mənimsəmə maddələri ilə təqsirli bilinib.
Lakin 2014-cü ilin son aylarında Bakı Hərbi Məhkəməsinin qərarı ilə vitse-admiral barəsində seçilmiş həbsqətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu.
Həmin il martın 17-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsini tutanMübariz Mədətovvəzifəsindən azad edildi.
Buna səbəb isə onun oğlu Xalid Mədətovun özbaşınalığı və kobud səslənsə də, qudurğanlığı oldu. Qeyd edək ki, Xalid Mədətov Bakıda avtomobil qəzası törədib.
Nəticədə məşhur tarzən, xalq artsti Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olub. Müayinə zamanı məlum olub ki, Xalid Mədətov sükan arxasında sərxoş vəziyyətdə olub. Həmin ilin sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eks-məmur oğlu Xalid Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda hökumətində aparılan struktur islahatları Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi ilə də nəticələnib. Ölkə başçısının 2015-ci ilin fevral ayının 5-də verdiyi fərmanla bu dövlət qurumu ləğv edilib. Elə bununla da avtomatik olaraq həmin komitəyə rəhbərlik edənQərib Məmmədovvəzifəsi ilə vidalaşmalı olub. O, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi