Bu gün sizi nələr gözləyir? - Bürclər

img

28-10-2015 [09:16]


QOÇ - Gözəl fəslin bu gözəl yarpağında varlanma ehtimalınız böyük olacaq. Odur ki, pulla bağlı nə qədər planlarınız varsa, məhz bu təqvimə təyin edin. Sağlıq durumunuz qismən yaxşılaşacaq.

BUĞA - Mənfi enerjili Ayın sizin bürcdə qərar tutması əksər sahələrdə, ələlxüsus da qarşılıqlı münasibətlərdə sabitliyi poza bilər. Tələsik qərar çıxarmaq yolverilməzdir. Səhhətinizi qoruyun.

ƏKİZLƏR - Səhhətinizlə bağlı xırda problemlər olsa da, bu, ümumi işinizə mane olmayacaq. Hətta şəxsi büdcənizi artırmaq üçün də imkan qazanacaqsınız. Riskli və yeni işlərəsə baş qoşmayın.

XƏRÇƏNG - Bu gün sülh günü, barışıq günüdür. Odur ki, mübahisələri münaqişəyə çevirməyin. Ədalətsiz adamlardan ədalət ummayın. Unutmayın ki, insanın oturuşmuş xarakterini dəyişmək mümkün deyil.

ŞİR - Başlıca məsələ maliyyə durumunu yaxşılaşdırmaqdır. Əgər bu istiqamətdə əzmkarlıq nümayiş etdirsəniz, mütləq qazanacaqsınız. Bu gün yersiz risklərdən uzaq olun ki, başınız ağrımasın.

QIZ - Yaxşı olar ki, bu günü bütünlüklə pul məsələlərinə həsr edəsiniz. Mənasız məsrəflərə çox xərc çəkməyin. Çünki qarşıdakı həftədə cərəyan edən proseslər maddi durumunuzdan asılı olacaq.

TƏRƏZİ - Qida rejiminə xüsusi diqqət yetirin. Bu, sağlamlığınızı qorumağın başlıca üsulu ola bilər. Fiziki zəifliyinizi aradan qaldırın. Əgər evdə iştahasız olursunuzsa, qonaq gedin.

ƏQRƏB - Gündəlik fəaliyyətinizdən tutmuş şəxsi işlərinizə qədər hər şey olduqca standartdır. Bu səbəbdən vəziyyətiniz normal olanda da darıxırsınız. Bəlkə belə məhdud çərçivədən çıxasınız?!

OXATAN - Ümumi ovqatınızda pis heç nə olmayacaq. İşlə bağlı problemləriniz də məhz bu gündən qaydasına düşəcək. Təxminən saat 16-dan sonra isə əsas diqqətinizi sağlamlığınıza yönəltməlisiniz.

OĞLAQ - Təzadlı bir gün yaşayacaqsınız. Əsəblərinizi tarıma çəkənlər də olacaq, sizə sevinc bəxş edənlər də. İnsanları tanıdığınız üçün müsbət enerjililərə daha yaxın olun. Evə gec getməyin.

SUTÖKƏN - Neçə gündən bəri davam edən daxili gərginlik nahar ərəfəsində səngiyəcək. Amma üzərinizə düşən əsas vəzifə məsuliyyətinizi artırmaq olmalıdır. Axşam qonaqlıqda iştirakınız gözlənilir.

BALIQLAR - Ötən günlərdəki gərgin halınızdan əsər-əlamət qalmayacaq. Rastlaşdığınız adamlar çöhrənizə təbəssüm bəxş edəcək. Dostluqda sədaqət göstərənlərlə əlaqələrinizi daha da dərinləşdirin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA