Bu məmurlarla bağlı sərəncam imzalandı - SİYAHI

img

27-10-2015 [19:06]


Azərbaycan prezidenti İlham Əliyev iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

MİA-nın məlumatına görə, komissiyasın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

Natiq Əliyev – energetika naziri.

Komissiyanın üzvləri:

Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov – xarici işlər nazirinin müavini
Sahil Babayev – iqtisadiyyat və sənaye nazirinin müavini
Toğrul Musayev – ədliyyə nazirinin müavini
Elmir Vəlizadə – rabitə və yüksək texnologiyalar nazirinin müavini
Musa Pənahov – nəqliyyat nazirinin müavini
İlham Quliyev – kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev – ekologiya və təbii sərvətlər nazirinin müavini
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Anar İmanov – Azərbaycanın Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Azərbaycan Xarici İşlər Nazirliyinə isə Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən tərkibi barədə Vyetnam tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA