MTN-də daha bir generalın işdən çıxarılması təsdiqləndi - Yeni təyinatlar

img

27-10-2015 [17:08]


Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib. 

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin istintaq idarəsinin rəisi general Mövlan Şıxəliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Eyni zamanda Eldar Mahmudovun yaxın qohumu olan, nazirliyin əməkdaşı Elşad Mahmudov da işdən çıxarılıb.

Həmçinin qeyd edək ki, bir neçə gün əvvəl isə işdən çıxarılan MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovu isə nazirliyin əməkdaşı Ceyhun Şadlinski əvəzləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA