"Təhdidlərin qarşısı alınacaq..." - MTN açıqlama yaydı

img

27-10-2015 [13:11]


"Milli Təhlükəsizlik Nazirliyi tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Mia.az xəbər verir ki, bunu APA-nın Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik üzrə hansı işlərin aparıldığına dair sorğusuna cavab olaraq, Milli Təhlükəsizlik Naziliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur: "Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA