Axşama doğru yağış intensivləşəcək - Hava proqnozu

img

27-10-2015 [13:00]


Bu gün Bakıda və rayonlarda arabir yağış yağacağı, axşama doğru yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA