27-10-2015 [11:17]
Prezident İlham Əliyev Eldar Mahmudovu vəzifəsindən azad edəndən sonra sabiq nazirin və onun cinayətkar komandasının iş adamlarının başına açdıqları oyunlar haqda ölkə mediasında silsilə yazılar davam etməkdədir.
Mia.az "Qafqazinfo”ya istinadən keçmiş nazirin Badamdardakı sarayının görüntülərini təqdim edir:
MTN-in keçmiş rəisinin evinin yerləşdiyi məhəlləyə daxil olduq və qonşulardan eks-nazirlə bağlı nəsə soruşmaq istəyirdik ki, aldığımız cavab belə oldu: "Bu məhəllədə onun adını çəkmək olmur. Çünki o, bütün danışıqları dinlətdirir. Biz öz canımızdan bezməmişik”.
Daha sonra isə adı rüşvət və korrupsiyada əməllərində hallanan sabiq məmurun evinə yaxınlaşmağa cəhd etdik. Sözün əsl mənasında villaların içində möhtəşəm iqamətgahın önündə durduq. Uzun cəhdimizdən sonra axır ki, ətrafdakı insanlarla ünsiyyətimiz alındı. İlk sualımıza cavab belə oldu: "Biz bildiyimizə görə, bura Eldar müəllimin hər gün əsgərlərin keşik çəkdiyi qərargahıdır”.
Daha sonra söhbətlərinə belə davam ediblər:
"Ötən gün evin ətrafına polis maşınları yığılmışdı. İçəridə yoxlama aparılır. Bu məhəllədə ən bahalı villa Eldar Mahmudova məxsusdur. Evin hər tərəfi kameradır. 4 mərtəbəlidir. Onun yerin altında da mərtəblərinin olduğunu eşitmişik.
Bu məhəllədə adi bir otaqlı kirayə evin qiyməti 250 manatdı. Gör bu villa üçün o, neçə milyard pul xərcləyib? Evinin qaşısındakı o bağı görürüsünüzmü. Eldar Mahmudov hər axşam o bağda ağaclara qulluq edərdi. Barəsində sərəncam çıxandan bəri bu tərəflərə gəlmir. Onun ailəsi də bu evdə qalırdı.
Evdə çoxlu fəhlələr işlədirdilər. Fəhlələrin maaşını vermirdilər. İki gün olar ki, bütün fəhlələr işdən çıxıb evlərinə gediblər".
Biz elə bilirdik bura onun qərargahıdır. Evin dörd tərəfini əsgərlər qoruyurdu. İndi heç bir əsgər yoxdu. Evinin qabağındakı bu yaşıl düzəngah isə onun bağıdır. O, bağında ceyran heykəli də qurdurub. Bağın 80-90 sot sahəsi var. Orda bütün ağaclar var.
Ev o qədər böyükdür ki, vallah bilmirik onun neçə qapısı var. Biz saydığımıza görə evin 5 darvazası var. Həyətində maşınlar üçün lift də var. Liftlə maşınlar evin yuxarı və aşağı qatlarına enə bilirlər. Liftin üzü çox bahalı metaldan hazılanıb. Deyilənə görə həmin metal qızıldan hazılanıb.
O, işdən çıxmamışadan öncə hər gecə evə gələrdi. Həyətində 10-a yaxın yaxın bahalı maşın olardı. İndi də tez-tez evə bahalı maşınlar daxil olur. Villanın həyətində istirahət üçün bütün şərait yaradılıb.
Orda idman meydançası da qurulub. Məhəllənin bütün yolları pis gündədir. Palçıq içərindədir. Amma onun evinin önündə yol çəkdirib. Bütün mülk iri divarlarla hasarlanıb.
Eldar Mahmudovun evinin adi dam hissəsi məhlədəki bütün evlərin qiymətindən bahadır. İndi evdə bir iki nəfər qalır. İşdən çıxarılandan sonra biz onu buralarda görməmişik. Burda danışmaq çox təhlükəlidr. O, səsimizi yazdıra bilər”.
Daha sonra isə sabiq nazin evinin qapısına yaxınlaşdıq. Amma bilmədik ki, neçənci qapını döyək? Bağın qabağında kişiyə yaxınlaşmaq istədik. Gördük ki, kişi oturduğu stulda yatır...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi