"Azərsu"da gözlənilməz təyinat: - Qorxmaz Hüseynov keçmiş sədrə vəzifə verdi

img

27-10-2015 [09:05]


"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Nizaməddin Rzayev yenidən vaxtı ilə rəhbərlik etdiyi quruma qayıdıb.

Bu barədə Mia.az-a "Azərsu"dan məlumat daxil olub. Məlumatda bildirilir ki, "Azərsu"da keçmiş sədr üçün yeni ştat da açılıb: "Nizaməddin Rzayev "Azərsu"da müşavir vəzifəsinə təyin edilib".

Nizaməddin Rzayevlə bağlı əmrin sədr Qorxmaz Hüseynov tərəfindən 1 həftə əvvəl imzalandığı da bildirilir.

Məlumat üçün onu da qeyd edək ki, 2005-ci ildə "Azərsu" ASC-nin sədri Oqtay Əsədovun Milli Məclisin sədri seçilməsindən sonra N.Rzayev onun postunun tutub. Ancaq o, bu vəzifədə 2011-ci ilədək karyerasını dürdürüb. 14 fevral 2011-ci ildə isə Prezident İlham Əliyev onu vəzifəsindən azad edərək, SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynovu "Azərsu" ASC-nin sədri təyin edib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA