Əli İnsanov bu gün azadlığa buraxıla bilər - Vəkildən açıqlama

img

26-10-2015 [16:54]


Məhbəsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd Binnət oğlu İnsanov vəfat edib.  Bu haqda "Basta”ya Deportasiya Qurbanları Cəmiyyətindən məlumat daxil olub. Cəmiyyətdən göndərilən ismarıcda Əli İnsanova, eləcə də İnsanovlar ailəsinə dərin hüznlə başsağlığı verilib.

Əli İnsanov həbsdən azad edilə bilərmi? 

Xatırladaq ki, həm qanunvericilikdə, həm də praktikada məhbusların ailə üzvləri vəfat etməsi ilə əlaqədar 7 günlük həbsdən azad edilməsi təcrübəsi var. Məsələn, "Azadlıq” qəzetinin keçmiş redaktoru Qənimət Zahid, Müsavat başqanı Arif Hacılı həbsdə olarkən, onlara öz valideynlərinin dəfnində iştirak etmək üçün şərait yaradılmışdı. Həmçinin vicdan məhbusu Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edərkən, ona bir həftəlik məsuliyyət verilmişdi.

Vəkil Nemət Kərimli bildirdi ki, Cəzaların İcrası Məcəlləsinə əsasən cəza çəkən şəxslərin yaxın qohumları vəfat edərsə, yas mərasimində iştirak etmək üçün 7 günlük məzuniyyət verilə bilər: "Bu səlahiyyət, yuxarı orqanlara yox, birbaşa Cəzaçəkmə Müəssisəsinin rəisinə aiddir, yəni buna görə nə Penetensiar Xidmətə, nə də siyasi rəhbərliyə müraciət etməyə ehtiyac var”.

Nemət Kərimli bildirdi ki, Əli İnsanov hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Müsavat başqanının müavinləri Togiq Yaqublu və Fərəc Kərimli də bu müəssisədə saxlanılırlar. Onu da qeyd edək ki, 2005-ci ildə həbs olunan Əli İnsanovun məhkumluğunun bitməsinə təqribən bir il vaxt qalıb. 

Müsavat Partiyası da Əli İnsanova və İnsanovlar ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA