Eldar Mahmudov üzə çıxdı; Eks-Nazir Cahangir Hacıyevin anasının dəfnində

img

26-10-2015 [14:44]


Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən ictimaiyyət qarşısına çıxıb.

Mia.az haqqın.az-a istinadən xəbər verir ki, E.Mahmudov sonuncu dəfə bir neçə gün əvvəl Beynəlxalq Bankın eks-rəhbəri Cahangir Hacıyevin anasının dəfnində görünüb. Gün boyu C.Hacıyevin yanından ayrılmayan eks-nazirin fikirli olduğu və heç kimlə danışmamağa çalışması da diqqətdən yayınmayıb.

Məlumata görə, E.Mahmudov hazırda Badamdarda tikdirdiyi dəbdəbəli villasında yaşayır.

Qeyd edək ki, Eldar Mahmudovla Cahangir Hacıyev qudadırlar. Belə ki, üç il əvvəl Eldar Mahmudovun oğlu Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızı ilə ailə qurub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA