26-10-2015 [14:31]
Deputatlığa namizəd, biznesmen-deputat Əsabil Qasımovun bir neçə gün əvvəl vəzifəsindən azad olunan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun çevrəsinə daxil olması haqda yayılan xəbərlər vəziyyəti mürəkkəbləşdirib.
Mia.az "Reytinq” qəzetinə istinadən xəbər verir ki, yerli məmurlarına iri məbləğdə pul xərcləməklə yenidən mandat almağa çalışan Əsabill Qasımov son günlər ciddi əndişə içindədir:
"Məluma üçün qeyd edim ki, Əsabil Qasımov çox böyük biznes imperiyasına rəhbərlik etməsini təsdiq edən xəbər yayılıb. Həmin xəbərdə deputatın sahib olduğu əmlakların siyahısı da qeyd olunub. "Karat Holdinq” şirkəti daxil olmaqla, "Karat MTK", "İdeal MMC", "İzmir MMC" (tikinti şirkətləri), "Azinvest" Tikinti Şirkəti; "Everest-M", "Şin Servis" (armatur alğı-satqısı); "Karmen" MMC (dəyirman və un alğı-satqısı), Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki, ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində), "Gəncə Fatoğlu" (un dəyirmanı), Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri Səməd Vurğun küçəsində "Ağ Saray" binası, Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market” şirkətləri və digər daşınmaz əmlaklara sahib olan deputat bunları qorumaq üçün Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan bir neçə generalla da yaxınlıq edib. Ancaq o, çox yaxşı bilir ki, mal-dövlətlə yanaşı, özünün və ailəsinin də təhlükəsizliyini qorumaq əsas vəzifəsidir. Bununçün də yenidən deputat olmağa can atır. Ancaq Eldar Mahmudovun seçkiyə günlər qalmış "vurulması” onu və bir neçə həmyerlisini də çətin vəziyyətdə qoyub”.
Məlumatlı şəxs deyir ki, az öncə İmişlidən namizəd olmasına problem yaradılan sabiq deputat İltizam Əkbərlinin yaydığı foto-faktlar da Əsabil Qasımovu sıxıntıya salıb:
"Sabiq deputat foto-fakt yayaraq Əsabil Qasımovun seçki qərargahında 79 saylı DSK-nın sədri, icra başçısının müavini və bir çox başqa məmurlar təmsil olunduğunu bildirdi.

Belə bir iddianı təsdiq edən fotolardan (foto yazıya əlavə olunub və oradakı şəxslərin adları sağdan sola sıralanır – "Reytinq”) aydın olur ki Əlirza Haqverdiyev (İmişli Bələdiyyəsinin sədr müavini), Sabit Yaqubov (79 saylı İmişli seçki dairəsinin sədri), Naib Xəlilov (Deputatlığa namizəd Əsabil Qasımovun vəkili, xalası oğlu, "Karmen” şirkətininİmişli üzrə satış müdiri), İftixar Əliyev ( İmişli Bələdiyyəsinin sədri), Nəvaşir Bəşirov (7 saylı Ərazi Ekoloğiya və Təbii sərvərlər şöbəsinin rəisi), Valid Ağayev (İmişli rayon İH-nin iqtisadi məsələlər üzrə müavini), Səməd Səmədov (Yerli qəzetin redaktoru), Saleh Səmədov (Standartlaşdırma, Metroloğiya və Patent üzrə İmişli Ərazi İdarəsinin rəisi), Səlim Mehdizadə (Rayon İH başçısının müavini), Rahim Zahidov (Rayon İH aparatında hüquq şöbəsinin müdiri, Əsabil Qasımovun seçki qərargahının üzvü), Əlişir Əhmədov (Rayon İH-nin işçisi), Sabit Səmədov (Rayon İH-nin işçisi) seçki qanunvericiliyinə zidd olaraq, Əsabil Qasımovun qələbəsini bərbiaşdan qeyd etmətə başlayıblar. Ancaq Eldar Mahmudovun "vurulması”, Əsabil Qasımovun MTN-dəki generalla əlaqəsinin faş olması təkcə deputatın yaxın ətrafına deyil, elə o fotodakı məmurları da qorxuya salıb. Deyə bilərəm ki, onların hər biri artıq "nişangah”dadır”.
Mia.az yazıda adları hallanan tərəflərin mövqeyini də dinləməyə hazırdı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi