Eldar Mahmudova daha bir zərbə - Şəriki və qohumu işdən qovuldu

img

26-10-2015 [09:19]


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı vəzifəsini itirib.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, vəzifə səlahiyyətlərini aşmaqda və bir çox cinayətlərdə ittiham oluna keçmiş nazirin yaxın adamı, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov tutduğu postdan azad edilib.

Qohumluq əlaqələrindən başqa biznes ortaqlığı (Talıbovun Suraxanı ərazisində Mahmudovla şərikli obyektləri, o cümlədən Hövsanda ticarət mərkəzləri var)

Lakin Mahmudov vəzifədən çıxarılandan cəmi 2 gün sonra onun bütün səlahiyyətləri əlindən alınıb.

Məlumat üçün bildirək ki, Ə.Talıbovun kapitan rütbəli oğlu Talıb Talıbov MTN-də işləyir. İstintaq zamanı onun da əməllərində xeyli qanun pozuntuları aşkarlanıb və "qara siyahıya" salınıb.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

E.Mahmudovun işdən azad edilməsindən sonra nazirliyin 6-sı general olmaqla 13 yüksək vəzifəli əməkdaşı nazirlikdəki postundan uzaqlaşdırılıb.

Həmçinin Mahmudova yaxın başqa sahələrdə çalışan bir neçə şəxs dəvəzifəsini itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA