25-10-2015 [17:54]
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasının səhəri gün saxlanılan və dərhal da işdən azad edilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovdan sonra rəhbərlik etdiyi qurumda ciddi proseslər baş verir.
Mia.az «Reytinq» qəzetinin bugünkü sayına istinadən xəbər verir ki, artıq Eldar Mahmudovun bibisi qızının həyat yoldaşı olan Beytulla Hüseynovun digər qardaşı, MTN-in Bilgəhdəki sanatoriyasının direktoru Ramiz Hüseynov vəzifəsini itirmək üzrədir.
Əsl sensasion hadisə isə indilikdə onun bir neçə gün əvvələ qədər baş direktoru olduğu BTRİB-də yaşanır. Belə ki, artıq Beytulla Hüseynovun ən etibarlı kadrlarını həbs etməklə yanaşı, istintaqa da cəlb etməyə başlayıblar.
Rabitədəki məlumatlı şəxsin sözlərinə görə, BTRİB-in baş mühasibi Anar Mustafayev və digər bir neçə nəfər də saxlanılıb. Onlar Beytulla Hüseynovun qurumdakı ən sadiq adamları olub: «Əlbəttə, strateji bir rayonda – Səbailin ərazisində yerləşən BTRİB-də qurğu quraraq, ölkənin ali rəhbərliyi də daxil olmaqla, istədikləri adamların telefonlarını dinlətdirmək onların hər birinə çox baha başa gəlməliydi və gəlir də. Düzdür, baş mühasib Anar Mustafayevin həbs edilməsini ilk baxışdan BTRİB-dəki korrupsiya ilə əlaqələndirənlər ola bilər. Ancaq məsələ burasındadır ki, geniş ictimai kəsimdən fərqli olaraq, rabitəçilər Anar Mustafayevin, əslində, Beytulla Hüseynovun yanında hansı səviyyədə etibar sahibi olduğunu, onun idarədəki rəsmiləri necə nəzarətdə saxlamasını bilirlər. Böyük ehtimala Beytulla Hüseynovun saxlanılmasından az sonra istintaq BTRİB-də kimin kim olduğunu qısa zamanda araşdırıb və sərt addımlarını həyata keçirib».
Məlumatlı şəxs deyir ki, hazırda Beytulla Hüseynov və onun BTRİB-dəki «kruqu»nun dövlətin maraqlarına zərbə vuran əməlləri ilə bərabər, onların sahib olduqları varidatların hansı mənbələrdən qazanılması da ciddi araşdırılır:
«Bəli, açıq demək lazımdır ki, uzun illər Eldar Mahmudovun himayəsi altında olan Beytulla Hüseynovun cəzasızlıq mühitindən istifadə edərək, sözün əsl mənasında oliqarxa çevrilmişdi. Onun Bakıda milyonluq obyektləri, özəl internet şirkəti (bacısı oğlu Azər İbrahimov rəhbərlik edir), Türkiyədə Sədərək Gömrüyünü keçmiş müdiri Səfər Əliyevlə şərikli biznesi, o cümlədən Antaliyada otel və tikinti biznesi haqda xəbər yayılıb.
Məlumat üçün deyim ki, bu, o Səfər Əliyevdir ki, oğlu Ceyhun Əliyev iki gün əvvəl MTN Astara rayon şöbəsinin rəisi vəzifəsindən azad edildi. Sözsüz ki, Beytulla Hüseynovun onunla biznesi də ciddi təhlükəyə düşəcək. Bundan əlavə, Beytulla Hüseynovun qızının həyat yoldaşı da MTN əməkdaşıdır, xaricdəki diplomatik nümayəndəliklərdən birində çalışır. Şübhə yoxdur ki, onu da geri çağırıb, işdən azad edəcəklər.
Yeri gəlmişkən, onu da bildirim ki, Beytulla Hüseynov BTRİB-in tikinti-təchizat idarəsinə nəzarəti həyata keçirən bacısının həyat yoldaşı Ceyhun və kirvəsi, Sədərək gömrüyünün keçmiş əməkdaşı Bayram da hazırda istintaqın hədəfindədirlər».
Məlumatlı şəxs deyir ki, BTRİB-in rəisi Beytulla Hüseynovun saxlanılması rabitədə «vurulmaları»n sayını da artıracaq: «Sözsüz ki, Nizami Telefon Qovşağının rəisi Fətulla Seyidov da bu «dalğa»nın qurbanı olacaq. Baxmayaraq ki, o, bir neçə gün əvəl ciddi-cəhdlə Beytulla Hüseynovla qohum deyil, gənclikdə Naxçıvanda bir yerdə işlədiklərini deyərək, onunla münasibətlərinin o qədər dərin olmadığını uydurmağa cəhd elədi. Ancaq sirr deyil ki, o, yalan danışır. O qədər yalan danışır ki, əgər Anar Mustafayevlə qohum olduğunu da sabah danarsa, buna da təəccüblənmərəm».
Mənbə bildirir ki, hazırda Beytulla Hüseynovu BTRİB-də texniki direktor Rəsul Qurbanov əvəzləyir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi