24-10-2015 [14:09]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında İndoneziyanın ölkəmizin haqq işini dəstəklədiyini vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycan-İndoneziya əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac var.
Ə. Həsənov Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi beş strateji vəzifəni sadalayaraq deyib ki, yoxsulluq həddinin minimuma endirilməsi əsas vəzifələrdəndir:
"Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. İnsan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir.
Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur. Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemidir”.
Əli Həsənovun sözlərinə görə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının qorunması istiqamətində mühüm uğurlar əldə edilib və başqa ölkələrin bu məsələdə Azərbaycana irad tutması haqsızdır. Ə. Həsənov Avropada insan hüquqları ilə bağlı baş verənlərə də toxunub:
"Ümumilikdə 500 milyon əhalisi olan Avropa ölkələrinə cəmi 400-500 min qaçqın gəlib. Həmin Avropa ölkələrinin rəhbərləri hər gün yığışıb müzakirə aparırlar ki, nə edək.
Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Bu gün ümumiyyətlə dünyada nə ABŞ-ın, nə Avropanın, nə də digərlərinin insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur”.
Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz qərar qəbul etdiyini xatırladan Baş nazirin müavini Avropa Parlamentini korrupsiyaya bulaşmış bir qurum adlandırıb: "Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər. Budur Avropa Parlamenti. Ona görə də onlar getsinlər demokratiya dərsini özlərinə keçsinlər”.
Baş nazirin müavini deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib:
"Ümumiyyətlə, bu qrup elə yaradılıb ki, problem həll olunmasın. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verir, lakin lazım gələrsə biz istənilən yolla öz torpaqlarımızı azad etməyə hazırıq. Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6 milyard 500 milyon dollar vəsait sərf olunub. Onlar üçün 93 qəsəbə salınıb, indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir”.
İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis səfər çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə olduğunu, həmçinin Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, onların həyat şəraiti ilə tanış olduğunu söyləyib. Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən komissiyanın sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək verə biləcəklərini söyləyib. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının, onların öz doğma torpaqlarına qayıda bilməməsinin böyük ədalətsizlik olduğunu bildirib. N.Xolis Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi