Şeyx: "Azərbaycan Aşura ilə bağlı keçirdiyi mərasimlərə görə İrana, Pakistana oxşamır"

img

24-10-2015 [13:28]


QMİ sədri, Şeyx Hacı Allahşükür Paşazadə qanvermə aksiyasından sonra jurnalistlərə açıqlama verib. 

Aşuranın önəmindən, Azərbaycanda dini təriqətlər arasındakı münasibətlərdən danışan şeyx qeyd edib ki, Azərbaycanda olan tolerantlıq bütün müsəlman ölkələri üçün nümunədir.

Bu gün dünyanım bir çox müsəlman ölkələrində Aşura mərasimlərinin keçirildiyini qeyd edən Şeyx Azərbaycanın digər ölkələrə nümunə olduğunu söyləyib:

 "Pakistanda, Hindistanda, İranda da Aşura mərasimləri keçiriləcək. Bunu mətbuat vasitəsi ilə görəcəyik. Azərbaycan o ölkələrə oxşamır. Biz Aşura mərasimlərinin keçirilməsi ilə həmin ölkələrə örnək oluruq".

Azərbaycanda Aşura günlərində qanvermə aksiyasının keçirilməsinin vacibliyinə cə önəminə duqqət çəkən Şeyx bu aksiyanın hər il daha da geniş şəkildə həyata keçirildiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA