Mədət Quliyev Eldar Mahmudovun yaxın qohumunu "vurdu" - MTN-də daha bir dəyişiklik

img

23-10-2015 [21:26]


Bu gün işdən çıxarılan MTN generalları arasında keçmiş nazir Eldar Mahmudovun qohumu da var.

Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevin əmri ilə general-moyor Vüqar Zülfüqar oğlu Allahquliyev MTN-nin hərbi hissəsinin komandiri vəzifəsindən azad edilib. V. Allahquliyev eks-nazir Eldar Mahmudovun ikinci həyat yoldaşının dayısı nəvəsidir.

Allahquliyev Azərbaycanda ən gənc generaldır. 36 yaşlı V. Allahquliyevə bu ilin mart ayında General-mayor ali hərbi rütbəsi verilib. 2007-ci ildə o prezidentin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə də təltif olunub. (Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA