"Xəbəri məni olduqca kədərləndirdi..." - İlham Əliyev

img

23-10-2015 [17:28]


Azərbaycan prezidenti İlham Əliyev Fransada baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda başsağlığı verib.

Mia.az xəbər verir ki, sözügedən başsağlığı məktubunda deyiilir:

"Hörmətli cənab prezident!

 Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Xatırladaq ki, Fransanın cənubunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 42 nəfər ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA