23-10-2015 [12:27]
Gəncədə şəhər fəallarının 2015-ci ilin 9 ayınınsosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunan əsas məqamlara toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri diqqətə çatdırıb.
Qeyd edib ki, 2015-ci ilin 9 ayında ölkəmizin iqtisadi göstəriçiləri ürəkaçan olub.Ölkədə bütün istiqamətlərdə gedən sürətli inkişafı Gəncənin timsalında aydın görə bilərik.Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində cari ilin 9 ayı ərzində şəhərdə geniş tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilib. Elmar Vəliyev bildirib ki, ümumi daxili məhsul buraxılışı 105,7 faiz və ya, müqayisəli qiymətlərlə 35,6 milyon manat artaraq 662,8 milyon manata çatıb. Sənaye sahəsində çalışan işçilərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq ,363 manat, o cümlədən qeyri-dövlət bölməsində 358 manat olmaqla, 2014-cü ilin 9 ayı ilə müqayisədə 7,3 faiz çox olub.
Tədbirdə bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadıq-quruculuq işlərindən, diğər infrastruktur layihələrin sürətlə həyata keçirilməsindən söhbət açılıb. Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Gəncəçay çayının şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işləri aparılıb, çayın məcrasının yenidənqurulması işləri sürətləndirilib. Çayın sağ sahilində bulvarın salınması ilə əlaqədar Uşaq Əyləncə və Ticarət Mərkəzi ,kafe və digər məişət obyektləri, fəvvarələr inşa edilib, 13 min 400 kvadratmetrdən çox tamet və bardür döşənib, yaşıllaşdırma işləri aparılıb:
"Hazırda Kitab Evi inşa edilir, uşaqların istirahəti üçün attraksionlar quraşdırılır. Gəncəçay çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yeni standartlara uyğun qurularaq, müasir şəhərsalma qaydalarına uyğunlaşdırılacaq. Gəncəçay çayının sağ sahilində analoqu olmayan xüsusi layihə əsasında, 5 mərtəbəli Mətbuat Evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Möhtərəm Prezident cənab İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası sürətləndirilib. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan, Şərqin qədim karvan-ticarət yolu üzərində yerləşən "İmamzadə” Dini Kompleksində aparılan təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri tamamlanmaq üzrədir. Biznes Mərkəzinin,şəhər Prokurorluğunun müasir tələblərə cavab verən dördmərtəbəli yeni inzibati binasının, Fikrət Əmirov küçəsində 5 mərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Vəli Xuluflu küçəsində "Bazar Store” MMC-nin, aeroport yolu istiqamətində maşın bazarının, Nizami prospektində çoxmərtəbəli Ticarət Mərkəzinin və digər sosial-mədəni və xidmət obyektlərinin inşası davam etdirilir.
Cavad xan qəsəbəsində uşaqların və əhalinin istirahəti üçün şərait yaradılır, həyətyanı sahələr abadlaşdırılır, 240 yerlik uşaq bağçası müasir tələblərə uyğun yenidən əsaslı təmir edilərək istifadəyə verilib.
Yığıncağında təhsil, səhiyyə, mədəniyyət, elektrik enerjisi və təbii qaz sahəsində görülən işlər ətraflı təhlil edilib.Natiq həmçinin qeyd edib ki, bizi qarşıda ölkəmizin ictimai-siyasi həyatında böyük önəm daşıyan Parlament seçkiləri gözləyir: "Əminəm ki, şəhər sakinləri bu seçkilərdə fəal iştirak edərək, öz layiqli namizədlərini seçməklə, Azərbaycanın daha yüksək səviyyədə inkişafına töhfələrini verəcəklər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi