Sabah bu məscidlərdə qanvermə aksiyası keçiriləcək - SİYAHI

img

23-10-2015 [11:22]


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək məsçid və ziyarətgahların siyahısını açıqlayıb.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanvermə aksiyası Yasamal rayonu Təzəpir məscidində, Yasamal rayonu Hacı Soltanəli məscidində, Səbail rayonu Bibiheybət və İçərişəhər Cümə məscidlərində, Suraxanı rayonu Qaraçuxur məscidində, Xəzər rayonu Mir Mövsüm ağa məscidində, Nizami rayonu Keşlə qəsəbə məscidində, Nəsimi rayonu Əjdərbəy məscidində, Sumqayıt şəhəri Cümə məscidində, Gəncə şəhəri - İmamzadə məscidində, Mingəçevir şəhəri Heydər məscidində, Şəki şəhəri Cümə məscidində, Lənkəran şəhəri Böyükbazar məscidində və Bərdə şəhəri Cümə məscidində keçiriləcək.

Bildirilib ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl - oktyabrın 23-də Tasua günündən başlayacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA