Vasif Talıbov fərman verdi; Yeni qurum yaradıldı

img

23-10-2015 [11:15]


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, fərman məhkəmə ekspertizası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə verilib.

Sənədə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb.

Fərmanla "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə” də təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA