Bakı-Sumqayıt magistral yolu bağlana bilər - Təhlükə böyüyür - Fotolar

img

22-10-2015 [20:06]


Bir neçə gündür ki, Bakı-Sumqayıt yolunda baş verən çatlarölkə mediasının əsas müzakirəsinə çevrilib.

Məlum olub ki,hazırda durum daha da təhlükəlidir. Çünki ötən bir neçə gün ərzində sürüşmə intensivləşib və yolun ortasında böyük bir yarıq əmələ gəlib. Öncə 2-3 sm məsafədə olan sürüşmə hazırda 10 sm-ə yaxındır. Artıq çatlar yolun 3-cü hərəkət hissəsinə keçib.

"Qafqazinfo"hadisə ilə bağlı Binəqədi rayon icra başçısıXaləddin İsgəndərovunmövqeyini işıqlandırmaq istəsə də, başçı sualımızı eşidən kimi yasda olduğunu bildirib və daha ətraflı məlumat üçün mütəxəssislərə müraciət etməyi məsləhət görüb.

Avtovağzal kompleksinin baş mühəndisiİlham İbişovmodern.az-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun sürüşməyə məruz qalmasının əsas səbəbi yol yamacının kənarlarında salınan yaşıllaşdırma, balaca təpəciklərin hər gün suvarılmasıdır: "Suyun axma yeri olmadığından yol yamacını yuyur. Bu cür yamacların yol kənarında salınması yola ziyandır. Yamaclara düşən suyun başqa yerə axıdılmasına müəyyən bir konstruktiv qərar verilməlidir. Yəni yola axıdılan su kənarlaşdırılmalıdır. Həmçinin, yola düşən yağış suları da kənarlaşdırılmayıb. Neçə həftədir ki, həmin ərazi suvarılmır. Amma, yamacların dibi hələ də sudur.

Əlbəttə ki, bu, bir-iki günün işi deyil. Fasiləsiz olaraq suvarılma işlərinin görülməsi yol yatağının çökməsinə gətirib çıxarıb. Birinci məsələ odur ki, həmin yamaclar mütləq sökülməlidir.

Mühəndis deyib ki, bu yamacların salınmasının yola ziyan vurması barədə Fövqəladə Hallar Nazirliyindən Binəqədi rayon İcra Hakimiyyətinə etiraz məktubu da göndərilib. Ərazi Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin, İcra Hakimiyyəti nümayəndələrinin nəzarəti altındadır. Hər gün əraziyə baxış keçirilir. Vaxtında qarşısı alınmasa, bu sürüşmə arzuolunmaz hadisəyə çevrilə bilər. Burda gün ərzində iş gedir”.

Qeyd edək ki, üzərində güllərlə "Binəqədi”, "Binəqədi rayonu” sözləri yazılan təpəciklər Binəqədi Rayon İcra Hakimiyyətinə məxsusdur və mütəmadi olaraq İcra Hakimiyyətinin işçiləri tərəfindən suvarılır. Sumqayıt yolunda həmin yamaclardan bir neçəsi var. Təxminən 2 il əvvəl "Bakı” İdman Klubunun yaxınlığında salınan 3 təpəcikdən ikisi "Azəryolservis” tərəfindən sökülüb. Çünki yolun artasına qədər uzanan həmin təpəciklər həm də yolda tıxacın yaranmasının əsəs səbəblərindən biri idi. Ərazidə qalan 1 yamacda isə söküntü işlərinin təxminən 70 faizi görülüb, yaxın vaxtlarda o təpəcik də tamamilə yolun ortasından silinəcək.

Hazırda yolun Xırdalan dairəsi ilə Masazır dairəsi arasındakı hissəsində üzərinə gül-çiçəklə "Binəqədi” yazılan daha bir yamac qalıb. Onun ətrafında isə kiçik təmirsiz təpəciklər var. Həmin yamaclar da daimi olaraq suvarılır. Görünən odur ki, sürüşmə ərazisi Avtovağzal Kompleksi ilə məhdudlaşmaya bilər. Hazırda Beynəlxalq Avtovağzalın yaxınlığındakı sürüşmə ərazisində araşdırmalar aparılır. Bu işdə kimin məsuliyyət daşıması isə rəsmi sənədlərdə öz əksini tapacaq.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov

Bakı-Sumqayıt yolundan dəhşətli fotolar -  Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar -  Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar -  Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar -  Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar -  Yol hər an çökə bilər


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA