Əli Abbasovun qəbul qrafiki açıqlandı

img

22-10-2015 [17:00]


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun oktyabr ayının 24-ü saat 11:00-da Mingəçevir şəhərində (Mingəçevir, Zaqatala, Qax, Balakən, Göyçay) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Bu barədə nazirlikdən Mia.az-a verilən məlumata görə, vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün bu nömrələrə zəng etmək xahiş olunur:

Mingəçevir şəhərində - 275-29-99

Zaqatala rayonunda -  225-29-99 

Qax rayonunda - 255-29-80

Balakən rayonunda - 295-25-11

Göyçay rayonunda - 274-33-33


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA