22-10-2015 [15:07]
Bu sözləri 2008-ci ildə iki nəfər ilə birlikdə 4 otaqlı evini girov qoyaraq "Azəriqazbank”dan 250 min dollar kredit götürən Bakı şəhər sakini Namazova Sədaqət Hüseyn qızı 7News.az redaksiyasına gələrək faktlarla sübüt edib.
7News.az redaksiyasına daxil olan məlumatı təqdim edirik:
"Ümumilikdə bizim tərəfimizdən banka 165 min dollar pul ödəniş edilib. Hansı ki, bu ödənişin 119 min 188 dollarını bir il ərzində mən etmişəm. 2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub.
Nəticənin bu cür olacağını gözləmirdik. Bu rəqəm açıq-aşkar şişirdilmiş rəqəm idi. Məsələ ilə bağlı bank rəhbərliyinə şikayət etdikdə maraqlı cavab aldıq: "Kimə şikayət edirsizsə edin, heç bir nəticəsi belə olmayacaq. Onsuz evlərinizi əlinizdən alacağıq”.
Başqa çıxış yolumuz olmadığı üçün, Nərimonov rayon məhkəməsinə müraciət etdik. Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi.
Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111 mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta adi bir paltarımı belə evdən çıxarda bilmədim.
Nəhayət evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbail rayon məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apellyasiya Məhkəməsinə verdi. Apellasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbail rayon məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var.
Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı”.
Ən maraqlısı isə, şikayətçi Namazova Sədaqət Hüseyn qızının, məhkəmələr zamanı hakimlərə ünvanladığı sualların cavabsız qalması olub: "Mən bütün "Azəriqazbank”ın leyhinə olan məhkəmələrdə verdiyim suallar cavabsız qaldı. Hakimlərə ünvanladığım suallarıma cavab istərkən, onlar hər zaman bir yolnan yayındılar. Səbəb? Çünki mən haqlı idim. Hüquqlarımı tələb etdiyim üçün, bir çıxış yolları vardı – susmaq!”
Sədaqət xanım dəfələrlə "Azəriqazbank”ın müşahidə şurasının sədri Çingiz Əsədullayevin qəbuluna getdiyini, ancaq heç bir zaman görüşə bilmədiyini də əlavə edib: "Mən xeyli vaxtdır ki, Çingiz müəllimin qəbuluna gedirəm, özü kimisə göndərir ki, gedin o xanımın probleminə baxın. Gəlirlər, yenə hər zaman deyilən sözləri deyilir və problem olduğu kimi qalır”.
Burdan açıq-aşkar görünür ki, "Azəriqazbank”ın müşahidə şurasının sədri Çingiz Əsədullayev uzun müddətdir quda olduğu keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova arxalanaraq, "ağalıq” edirmiş. Sabiq nazir, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə, Çingiz Əsədullayev ortalıqda görünmür.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da iddia edib ki, Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Səfir həmçinin idda edirdi ki, mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb – bu işdə ona başqa bir qohumu – "Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib.
90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmiş, hazırda yenidən seçkilərə qatılmış Çingiz Əsədullayev şok vəziyyətlə üzləşib. Əsədullayevi şoka salan iki hadisə olub.
Həmin hadisələrdən biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasıdır. Belə ki, sabiq nazirlə quda olan Əsədullayev mandat almaq imkanlarının artıq xəyal olduğunu düşünməyə başlayıb.
Çingiz Əsədullayevi şoka salan ikinci hadisə isə Müşahidə Şurasının sədri olduğu "Azərqaz” Bankda qəfil yoxlamalara başlanılmasıdır. Mənbənin iddiasına görə, bu yoxlamalar Eldar Mahmudovun məsələsi ilə bilavasitə bağlıdır. Belə ki, bankda şübhəli hesabların olması barədə rəsmi qurumlarda məlumatlar olub. Güman edilir ki, həmin şübhəli hesablar sabiq nazirə və ya onun yaxınlarına məxsusdur. Və araşdırma qrupu da bunu dəqiqləşdirməyə çalışır.
Məlumatda o da iddia olunur ki, əgər araşdırmaçılar hər hansı bir neqativ hal aşkar edərsə, "Azərqaz” Bankın Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevi heç də yaxşı perspektiv gözləməyəcək. Onun mandatını itirəcəyi ilə yanaşı, bankdan uzaqlaşdırılacağı, hətta istintaqa cəlb olunacağı qaçılmaza çevriləcək. Mümkündür ki, onu digər məsələlərdə də ittiham etsinlər.
7News.az





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi