“Parlament-2015” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını açıqlayacaq

img

22-10-2015 [14:50]


Ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu "Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il oktyabrın 1-də yaradılıb. 

Qurumun məqsədi noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hərtərəfli monitorinqini aparmaqdır. Koalsiyanın tərkibinə 5 qeyri-hökumət təşkilatı - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (sədr RufizQonaqov), Qarabağ Araşdırılmalar Mərkəzi ( sədr Elçin Əhmədov), İqtisadi və Sosial İnkişaf Mərkəzi ( sədr Vüqar Bayramov), Tətbiqi Tədqiqatlar Fondu (sədr İbrahim Əliyev), Azərbaycan Tələbələr Birliyi (sədr Elvin Aslanov) daxildir. Koalisiyanın ilk iclasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov onun koordinatoru seçilib. Monitorinq seçki prosesinin bütün spektrini əhatə edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün koalisiya üzvü olan QHT-lərin resurslarından və könüllülərdən istifadə edilir. Qurum tərəfindən qısa müddərdə 500 nəfər müşahidəçi hazırlanmış və təlimatlandırılmışdır. Onların 118 seçki dairəsinin ərazisinə ezam edilməsi nəzərdə tutulmuşdur. Koalisiya indiyədək paytaxt və regionlarda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki təşviqatı prosesləri, o cümlədən siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin təşkili və s. məsələlərin monitorinqini aparmış, seçicilərin namizədlərə münasibətini öyrənmək üçün rəy sorğuları keçirmişdir. Bundan əlavə, KİV-də və elektron informasiya vasitələrində yerləşdirilmiş təbliğatmateriallarımütəmadi olaraq izlənilir, müvafiq təhlillər aparılır. Monitorinqin nəticələrinə dair seçki prosesinin mərhələlərinə uyğun olaraq üç hesabat hazırlanacaq və ictimaiyyətə təqdim ediləcəkdir.Aralıq hesabatın gələn həftə, səsvermə prosesi ilə bağlı ikinci hesabatın seçki gününün sonunda, son hesabatın isə seçkilərə yekun vurulduqdan sonra açıqlanması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA