Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

22-10-2015 [14:45]


Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.  

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağma ehtimalı var. Gündüz havanın dəyişkən olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 11-14, gündüz 16-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.   Şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA