Mehriban Əliyeva Sülh mükafatına namizəd seçildi

img

22-10-2015 [12:36]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İsveç Sülh Agentliyinin mükafatına iki namizəddən biri seçilib.

Agentlikdən verilən məlumatda bildirilir ki, digər namizəd amerikalı yazar və aktivist Elis Volkerdir (Alice Walker).

Qeyd olunub ki, M. Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti, Azərbaycan qadınının dünya səviyyəsində müsbət obrazının formalaşmasında əvəzsiz rolu, İslam dünyası, Yağın Şərq və Qafqazda qadın haqları məsələsinə diqqətlə yanaşması, həmçinin müasir Azərbaycan qadın hərəkatının lideri kimi qadınların həyat şəraitinin tərəqqisi naminə geniş fəaliyyəti onun bu mükafata namizəd göstərilməsində əsas rol oynayıb .

İsveç Sülh Agentliyi M. Əliyevanın fəaliyyətini dəstəkləyib və yüksək qiymətləndirərək, mükafat üçün iki namidəddən biri kimi seçib.

Qalıbin adı bu ilin noyabrında İsveçin paytaxtı Stokholmda açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA