FHN-ə əlavə səlahiyyət verildi - Qərar

img

22-10-2015 [11:12]


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edilib. 

Bu dəyişikliyə əsasən, bufer zonada tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, Nazirliyin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul ediləcək.

Nazirlər Kabineti həm də "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də dəyişikliklər edib.

Bu dəyişikliklərə uyğun olaraq, qoruq ərazisində inşaat və digər təsərrüfat işləri həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, yerli icra hakimiyyəti orqanına da məlumat verilməlidir.

Bu zaman tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, idarənin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA