Bu dövlət qurumlarında yoxlama aparıldı - SİYAHI

img

21-10-2015 [23:41]


Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Mia.az Palataya istinadən xəbər verir ki, kollegiya iclasında dövlət büdcəsindən Statistika Komitəsinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Neftçala Suvarma Sistemləri İdarəsinə və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı məsələlər müzakirə edilib.

İclasda müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında iş planı ilə Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulan bir nəzarət tədbirinə dair audit proqramı təsdiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA