21-10-2015 [14:11]
Azərbaycanın yerli padşahlarının – İcra başçılarının öz vəzifə səlahiyyətlərinə biganəliklərindən, sakinlərə zülmündən camaat əməlli-başlı boğaza yığılıb.
Demək olar ki, hər gün Azərbaycanın müxtəlif şəhər və rayonlarından İcra Hakimiyyəti başçılarının özlərinin və ya yaxın qohum-əqrabalarının qanunsuzluqlarına dair yüzlərlə şikayətlər eşidirik. Şikayətlərin hamısında məzmun oxşardır: rayon rəhbərləri əhalinin qayğısına qalmaqdan, onların problemlərinin həllinə çalışmaqdan daha çox, öz vəzifələrindən sui-istifadə edərək var-dövlət toplamağa və harın həyat tərzi keçirməyə üstünlük verirlər...
Əlbəttə, biz heç də iddia etmirik ki, Azərbaycandakı bütün icra başçılarının hamısı elə zəli kimi xalqın qanını sormaqla məşğuldurlar. Şübhəsiz ki, içlərində yaxşıları da var və gerçəkdən də xalqa xidmət istəyi, əzmiylə diqqət çəkməyə, Prezidentin etimadını doğrultmağa çalışırlar. Ancaq nə yazıq ki, belələri olduqca az, lap azdır...
Budur, Strateq.az-a göndərilən daha bir şikayət məktubu da məhz İcra Hakimiyyəti başçısının öz sakininin acı həyatına qarşı laqeydliyindən, biganəliyindən və üstəlik, dövlət məmuru adına yaraşmayan hərəkətlərindən bəhs edir.
Hacıqabul rayon sakini Dəmirov Yalçın Səməd oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda göstərib ki, o, 3 azyaşlı övladı ilə birgə uçuq-sökük daxmada yaşayır, uzun illərdir ev növbəsində dursa da, nə onu evlə təmin edir, nə də daxmasını təmir etməyə gücü çatır. Dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, ona kömək edən tapılmır. Qabaqdan gələn soyuq qış isə artıq Yalçın Dəmirovu son çarəyə - İcra Hakimiyyəti qarşısında özünü öldürməklə hədələməyə çatıb, ancaq bu "hədə-qorxuları” ona daha da ağır başa gəlib.
Yalçın Dəmirovun yazdığına görə, oktyabrın 12-də İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun qəbuluna yazılsa da, başçı nəinki onu qəbul etməyib, üstəlik qapıdakı polislərə göstəriş verərək, onu döydürüb və təhqir etdirib. Yalçın Dəmirov özünü yandırmaqla hədələdikdə isə başçının müavini Sahib Aslanov (Yalçın Dəmirov onun el arasında olan ləqəbini də yazıb və israrla xahiş edib ki, onun ləqəbini də verək, ancaq etik baxımdan onu yaymırıq - red.) "Niva” markalı maşınından bir şüşə benzin çıxararaq, ona təqdim edib və "Al, yandır özünü, sənin də canın qurtarsın, bizim də!” - deyib.
Yalçın Dəmirov bildirir ki, rayon rəhbərliyindən yalnız Hacıqabul rayon prokuroru Tariyel Qurbanov onu qəbul edib, şikayətini dinləyib, İcra Hakimiyyətinə zəng vurub, hətta ona maddi köməklik də göstərib. Ancaq İcra başçısı onun da xahişini yerə salıb.
Şikayət məktubunda Yalçın Dəmirov İcra başçısının ünvanına da ağır ittihamlar səsləndirib. O yazıb ki, İcra Başçısı gününün çoxunu İcra hakimiyyətinin binasının 3-cü mərtəbəsində tikdirdiyi saunada keçirir: "Əhməd Muxtarovun işi-gücü bu saunada kefə baxmaqdır. Haçan soruşursan, deyirlər, yanında qonağı var. Heç kimi də qəbul etmir. Biz Hacıqabul sakinləri isə çox yaxşı bilirik ki, qəbulunda kimlər olur. Mən şəkillərini də çəkmək istəmişəm döydürüblər... Məni məcbur etməsinlər ki, hər şeyi adıyla deyim”.
20 Yanvar əlili problemiylə bağlı bir neçə dəfə Bakıda - Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyində, həmçinin Ombudusman Elmira Süleymanovanın qəbulunda da olub. Ona şikayətlərinə baxılacağı vədi verilsə də, hələ də bir nəticəsi olmayıb. Yalçın Dəmirov gözləyir ki, bəlkə mətbuata müraciətindən sonra onun problemi ƏƏSM naziri Səlim Müslümovun diqqətinə düşə və köməklik üçün aidiyyəti qurumları hərəkətə gətirə...








Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi