İlham Əliyev Məhkəmə Kompleksinin açılışında

img

21-10-2015 [12:25]


Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin açılışında iştirak edib.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə kompleksin görüntülərini, həmçinin müasir məhkəmə komplekslərinin binalarının layihələrini əks etdirən stendlərə baxıb.

Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev binadakı məhkəmə zalları ilə tanış olub.

Dövlət başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA