Eldar Mahmudovun rabitədəki ən yaxın qohumu hədəfə alındı - Yoxlama başlandı

img

20-10-2015 [18:27]


Vəzifəsindən azad olunan Milli təhlükəsizlik naziri Eldar Mahmudovun indiyə qədər medianın diqqətindən kənar qalan biznesi, vəzifədə olan yaxın qohumları ilə bağlı məsələlər ciddi müzakirə olunmaqdadır.

Mia.az xəbər verir ki, bu dəqiqələrdə "Qafqazinfo”ya eks nazirin vəzifədə olan yaxın qohumu ilə bağlı maraqlı məlumat daxil olub. 

Məlumata görə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib.

Həmin vaxtdan bəri o, burada sədr işləyir. Məlumat üçün bildirək ki, BTRİB Bakı şəhərində olduqca strateji vəzifələrdən sayılır. Belə görünür ki, Eldar Mahmudov da telefonların rahat şəkildə dinlənilməsi üçün öz yaxın qohumunun yardımından istifadə edib.

Məlumata görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Birliyi nəzarətə götürüblər. Həmin idarədə yoxlamaların başlandığı və Beytulla Hüseynovun yaxın zamanlarda vəzifəsindən azad olunacağı gözlənilir.

Mia.az-ın əldə etdiyi məlumata görə, Eldar Mahmudovun "vurulması" nəniki Beytulla Hüseynovu, hətta rabitədəki bütün yaxınlarını əndişəyə salıb. BTRİB rəisinin isə daha ağır məsələlərdə ittiham olunacağı gözlənilir: "Bu proses Beytulla Hüseynovun BTRİB və onun tabeliyindəki müəssisələrdə vəzifə verdiyi yaxın qohumlarını, o cümlədən Nizami qovşağının rəisi Fətulla Seyidovu da hədəfdən yayındırmayacaq...".

P.S. Son məlumata görə, artıq Beytulla Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA