Uğurlu diaspora daha güclü Azərbaycan deməkdir

img

20-10-2015 [17:29]


Müasir dünyada ölkələr arası münasibətlərin tənzimlənmə və möhkəmlənməsi ştrixləri  zamanın tələblərinə görə həm çoxşaxəli funksionallığı, yeni metodoloji texnologiyaların hazırlanmasını, o cümlədən bir sıra fəaliyyət spektorlarında total və harmonik  işləmələri  şərtləndirir.  
 Sadaladıqlarımızın şamil edildiyi sahələrdən biri diaspora fəaliyyətidir.  Diaspora sosial subyekt kimi qədim tarixə malikdir və tarix  göstərir ki, əhəmiyyətliliyi  heç bir dönəmdə itməmiş və  siyasi, dini kulturoloji aspektlərdə təsir etmə rıçaqlarını oynamışdır  ki, hələ də bu amillər onların funksionallığında ana xətt olaraq qalır. 
 XX əsr diasporalar üçün yeni bir dönəmin başlanğıcı oldu.  Planetar müstəvidə kommunikasiya şəbəkələrində, informasiya texnologiyalarında sürətli nailiyyətlər və yenilənmələr  təbii və süni qloballaşmanı sürətləndirdi ki, bu da  iqtisadi –sosial, təhsil sahəsində artan  istək və təlabatlara təkan verdi. Beləliklə miqrasiya və emiqrasiya elə bir xətt üzrə getməyə başladı ki,  dövlətləri və hökumətləri, beynəlxalq birlikləri  bu barədə ayrıca siyasət yürütməyə, əlaqədar qurumlar açmağa məcbur etdi.   Siyasi institutlar, idaretmə sahəsindəki yeniliklər,mütləq hakimiyyət anlayışının itməsi, hakimiyyət orqanlarının seçkili yolla təyini  geosiyasi, beynəlxalq münasibətlərdəki yeni şərtlər də diasporalara xüsusi baxış və yanaşma tələbini yaratdı.  Belə ki, ali hakimiyyət orqanlarına seçilməyə iddialı olan təşkilat və qurum üçün hər vətəndaşın mövqeyi vacibdir. Diaspora kompakt seçici toplumu deməkdir. Bu səbəbdən diasporalar  bir rıçaq da əldə edir ki, olduğu olkəylə tarixi vətəni arasındakı hər tərəfli münasibətlərdə aktual iştirak etsin, töhfələrini versin. Sadalananlar  və digər bəlli amillərdən diasporalarla iş hökumətlər üçün ümdə vəzifə daşıyır.
 Yaşanmış tarixi səbəblərdən Azərbaycan diaspora təşkilatlarının formalaşması  respublikamızın ikinci dəfə müstəqilliyini elan etməsi ilə başlayır. Belə ki, ölkəmiz SSRİ-nin tərkib hissəsisi olduğundan  miqrasiya daxili idi, yəni miqrant deyil, emiqrant hesab edilirdilər və məskunlaşdığı  şəhər və əyalətlərdə mədəni, etnik klubların, təşkilatların yaranmasına şərtlər  mövcud deyildi. O cümlədən sovetlər birliyinin siyasi strukturu sərhədləri hüduduna çıxışı məhdudlaşdırdığından (xüsusən də kütləvi)  istər sosialist ölkələri blokunda,istərsə də əks tərəfdə diaspora qurumlarımızın yaranmasına imkan vermirdi.  Yalnız Cənubi Azərbaycandan olan soydaşlarımızın dünyanın müxtəlif ölkələrində kompakt yerləşmələri vardı. Ancaq,  Cənubi Azərbaycan İranın, biz isə SSRİ-nin tərkib hissəsi olduğumuzdan onları ölkə olaraq bağlayacaq siyasi subyekt mövcud olmadığından qeyri rəsmi  xırda dərnəklər şəklində toplaşırdılar. Burda bir haşiyəyə çıxmaq yerinə düşər.  Bir çox  həmvətənlərimiz  bu arqument qarşısında bəs erməni diasporası necə olur ki, mövcud idi sualını qoyur. Sualın cavabı isə bundadır. Ermənilərin tarixi vətənləri olmadığından onlar daim kütləvi yerdəyişmə, böyük köçlər etmişlər. Müasir diasporaların yaranması ilə, əski olanların formalaşmasında fərqli nüanslar mövcuddur. Ermənistanın yaradılması da qlobal siyasi güclərin əlində səpələnmiş halda yaşayan erməni toplumunun alət rolu olmuşdur. Azərbaycanlılar isə ermənilərdən fərqli olaraq qədim daimi yaşayış məskəninə, oturuşmuş mədəniyyətə və yaşı min illərlə ölçülən vətənə sahib xalqdır.
 Yuxarıda müasir dönəmdə diasporanın hansı əhəmiyyət daşıdığına toxunduq. Müstəqilliyini yeni və mürəkkəb siyasi, təcrid olunma şəraitində əldə edən Azərbaycan üçün  bu sahədə fəaliyyətin  hansı önəm daşıdığı yaşadıqlarımız səbəbindən cəmiyyətimizə bəllidir. Suverenliyimizi ərazi bütövlüyümüzə təhdid və hücumlar şəraitində elan etdik. Başlıca səbəblərdən biri olaraq müharibə bir sıra sahalər kimi diaspora fəaliyyəti istiqamətlərinin bəlirlənməsi,təşkilati-struktur quruculuğunun aparılmasında ləngimələr və bəzən də məcburi fəaliyyətsizliyi yaradırdı.
 "Ümumilli lider Heydər Əliyev dövlət qurucusudur” ifadəsini isbatlayan amilləri sadaladıqda onun diasporanın varlığına nə qədər əhəmiyyət verdiyini və bu səpkidə gərəkən addımları ataraq ,təşkilatlanma işlərini qisa zamanda həyata keçirməsidir.  Azərbaycan diasporasının qarşısında bir sıra ümdə çətin vəzifələr dururdu ki, bu da hər diasporanın üzləşmədiyi, yaşamadığı sınaqlardı. 
1. İnformasiya blokadasından xilas olmada;
2. Dünya ictimaiyətində barəmizdə dünyaya mədəni inteqrasiyamızı ləngidəcək bir sıra tarixi, mədəni, etno coğrafi və s.yanlış bilgilər vardı ki, onların aradan qaldırılmasında;
3. Ermənistan və Azərbaycanın regionun potensial güclü dövləti olaraq qəbulunu istəməyən havadarlarının işğalçı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında  rəsmi Bakıya dəstək verilməsi.
Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin yaradılması, 2001-ci ilin noyabrında Bakıda keçirilən Ümumdünya Azərbaycanlıarının ilk  Qurultayı bir mahiyyəti bəlli etdi. Rəsmi Bakı diaspora fəaliyyətinin ciddi şəkildə formalaşmasını və fəaliyyətinin mərkəzləşdirilməsində ciddi maraqlıdır və tam dəstəyini nümayiş etdirir. Mərhum prezident H.Əliyevin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının (DAƏŞ) sədri seçilməsi söylənilən iddianın tam təsdiqidir. Adı gedən Qurultayin hər beş ildən bir keçirilməsi və hazırki ölkə prezidentinin DAƏŞ-in sədri postuna seçilməsi bu istiqamətdə siyasətin davamlılığını göstəməkdədir. 
Beləliklə bir sıra təşkilatı işləri də əlavə etdikdə bəhs edilən sahədə  hökumətin ciddi səylərini və stimul verici rol oynadığını görərik.  Diaspora təşkilatlarımızın olduğu ölklərdə səfirliklərimizlə bu qurumlar arasında bir başa təmaslar, müştərək fəaliyyət proqramları mövcuddur.  Bir çox diasporalar  özünü maaliyyələşdirmə əsasında maddi bazasını yaradırsa və imkanlarından tarixi vətənlərinə humanitar sosial yardım göstərməklə də məşğuldularsa, ölkələri bu umacaqda olduğu halda  Azərbaycan dövlətinin diaspora təşkilatlarından gözləntisi dövlətimizin  beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində dövlət siyasətinə fəaliyyətləri ilə dəstək verməsidir. 
 Yuxarıda qeyd etdiyimiz kimi diaspora orqanlarının fəaliyyətinə daxil olan vəzifələrdən biri də Ermənistanın işğalçı mahiyyətini və regionda sülhün yaranmasına mane olduğu həqiqətlərinin dünya ictimaiyətinə çatdırılmasıdır.  Bu istiqamətdə fəaliyyətin Xocalı soyqırımı faciəsinin tanıdılması üzərində qurulması  psixoloji, siyasi, hüquqi cəhətdən ən effektli addımdır. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə 2008-ci ildə başlayan " Xocalıya ədalət” kompaniyası qısa zamanda çox böyük uğur əldə etdi. Cəmi  yeddi ilə 9 dövlətin, 56 ölkəni birləşdirən İslam Konfransı təşkilatı kimi böyük beynəlxalq qurumun, ABŞ-ın 9 ştatınn tanıması sözün əsl mənasıda gərgin və fasiləsiz əməyin bəhrəsidir və  praktikada qisa müddətdə belə uğurlara az rast gəlinir. Məsələ hazırda bir sıra ölkələrin də parlamentlərində, təsir gücünə malik siyasi təşkilatların dəyirmi masalarında müzakirəyə çıxarılıb.  Nəzərə alsaq ki, bu uğurlar erməni lobbisinin möhkəmləndiyi, hər tərərfli imkanalara sahib olduğu ölkələrdə də əldə olunub, onda hansı əməyin sərf edildiyi, nə cür professionallıq göstərildiyini təyin edərik.
Bunlardan əlavə xarici siyasətimizin uğuru olaraq YUNESCO –nun Azərbaycan muğamını qədim irs kimi qəbul etməsi, Azərbaycan şairi Nizami Gəncəvi adına Londonda irsi dərnəyin açılması və s. bu kimi qürur verici uğurlar əldə etmişik ki, onların ərsəyə gəlməsində  YUNESCO- nun xoş məramlı səfiri Mehriban Əliyevanın şəxsi əməyi danılmazdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xalqlararası və mədəniyyətlərarası dialoqun genişlənməsindəki töhfəsi diqqətdən yayımır. 1995-ci ildən bu günə qədər ölkəmizin xarici siyasətindəki mədəniyyət qolu öz yüksələn uğuru ilə yolunu davat etdirir. Bu sahədə 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondunun mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirləri bir-birini izləməkdə davam edir. Əminliklə demək olar ki, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə ümumilli lider Heydər Əliyevin adını daşıyan fondun xidmətləri əvəzolunmazdır. Fondun fəaliyyətləri istiqamətində Azərbacan mədəniyyətinin "Azərbaycan Kannda”, Kanadanın Niaqara şəhərində Beynəlxalq Azərbaycan Muğamı Günü, hər il reallaşdırılan Qəbələ Beynəlxalq Musiqi festivalı, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxili, tarixi kökümüzü sübuta etirən "Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması ölkəmizdə "Qafqaz xalq ənənələri evi”nin yaradılması və.s bu kimi sadalansı bir çox layihələri  böyük  siyasi əhəmiyyətə malikdir. Bütün bunlardan yola çıxaraq qed etmək olar ki, Azərbaycan xarici siyasət strategiyasının inkişafı davamlı olacaqdır.

 "Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA