Ziya Məmmədov vətəndaşlarla görüşəcək - Nazirlik açıqladı

img

20-10-2015 [14:49]


Nəqliyyat naziri Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul edəcək.

Mia.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin saytında məlumat verilib. 

Məlumatda qeyd olunur ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov 23 oktyabr 2015-ci il tarixində Neftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Saytda nazirin qəbuluna gəlmək istəyən vətəndaşların qeydiyyatının 21 oktyabr 2015-ci il tarixində 9:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacağı da diqqətə çatırılır:

- Salyan "20 saylı Yol İstismarı İdarəsi” (Salyan şəhəri, 20 Yanvar küçəsi-1)

- Biləsuvar "21 saylı Yol İstismarı İdarəsi” (Biləsuvar şəhəri, Vaqif  küçəsi, 1)

- Neftçala "39 saylı Yol İstismarı İdarəsi” (Neftçala şəhəri, 33-cü məhəllə)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA