Ziya Məmmədova daha bir zərbə planı - Deputatlar təklif verdi

img

20-10-2015 [13:41]


Millət vəkili Əli Hüseynli Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinin tərkibinə verilməsini təklif edib.

"Qafqazinfo” xəbər verir ki, Ə. Hüseynli qeyd edib ki, bu qurumun tərkibində olan funksiyalar yol polisində də var. Sözügedən mərkəzə də büdcədən pul ayrılır. Yaxşı olardı ki, bu qurum da Daxili İşlər Nazirliyinin tərkibinə birləşdirilsin”.

Millət vəkili Adil Əliyev də deputat həmkarının təklifini dəstəkləyib:

"Bəzən yol polisindən işıqforun yanmamasını soruşanda deyirlər ki, bu səlahiyyət bizdə deyil. Həmin anda da NİİM-ə zəng etmək çətin olar. Yaxşı olardı ki, bu qurum Daxili İşlər Nazirliyinin tərkibinə birləşdirilsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA