Eldar Mahmudovun qızı qəza törətdi - Şok iddia

img

20-10-2015 [11:00]


Bir neçə gün əvvəl Bakının Heydər Əliyev prospektində «Hyundai» və «Ferrari» markalı avtomobillərin toqquşması çoxları xatırlayır. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın «Hyundai» markalı avtomobilini sərxoş vəziyyətdə olan xanım sürücünün idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı «Ferrari» ilə toquşmuşdu. Qəzadan dərhal sonra avtomobilin nömrələrini sökərək hadisə yerindən qaçmışdı.

Bu gün criminal.az-a həmin «Ferrari»nin sükanı arxasında olan xanımla bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, «Ferrari»nin sükanı arxasında olan xanım bir neçə gün əvvəl işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı olub. Qəza zamanı həmin əraziyə «Niva» markalı maşın gəlib, «Ferrari»nin nömrələrini çıxarıb və qızı ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, qəzadan sonra Z.Dostəliyevanın «Ferrari»nin sahibindən yeni avtomobil tələb etməsi deyilsə də, sonradan müğənni bunu təkzib etdi. Bundan başqa, qəza törədən xanımın bacısının da eyni rəngdə 10 -- 009 nömrəli «Porsche» markalı avtomobili var. Hətta 009 seriyasının E.Mahmudovun nəzarətində olduğu deyil. Onun xidməti avtomobili 10 AA 009, ailə maşınları isə 90 AA 009 nömrəli «BMW», 10 JU 009 nömrəli «Mercedes S-class» olub.

Qeyd edək ki, avtomobil həvəskarları Bakıda «Ferrari» sürən tək xanım kimi məhz həmin şəxsin adını çəkirlər…



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA